Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Milli Kibertəhlükəsizlik Agentliyi

Sistem inzibatçısı

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Server infrastrukturunun idarə edilməsi: Fiziki və virtual serverlərin (Windows Server/Linux) dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək; Active Directory və Domen infrastrukturu: AD DS, GPO, DNS, DHCP, WSUS, SCCM, IIS və FSMO rollarının idarə edilməsi, təhlükəsizlik siyasətlərinin (CIS Benchmarks) tətbiqi və auditi; Yedəkləmə və Bərpa (Backup & DR): Data yedəklənməsi strategiyasını (Veeam) həyata keçirmək, mütəmadi bərpa testləri aparmaq və fəlakətdən bərpa planlarını yeniləmək; Avtomatlaşdırma və Optimizasiya: Gündəlik təkrarlanan sistem inzibatçılığı tapşırıqlarının PowerShell/Bash/Python skriptləri ilə avtomatlaşdırılması; Sənədləşmə və İnventarizasiya: Server infrastruktur sxemlərinin, sistem rollarının və İT resurslarının uçotunun (Jira İTSM) daim aktual saxlanılması. Tələblər: İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Sistem mühəndisliyi və ya əlaqədar ixtisaslar üzrə ali təhsil; MCSA / MCSE / Windows Server Hybrid Associate, VMware VCP / Proxmox VE, LPIC-1 və RHCSA üzrə sertifikatların olması üstünlük hesab olunur. Əməliyyat sistemləri: Windows Server 2022/2025 və Linux (Ubuntu, Debian, RedHat/CentOS) dərin bilikləri; İnfrastruktur xidmətləri: Active Directory (AD DS, DNS, DHCP, WSUS, SCCM, IIS, Failover Clustering) və Group Policy (GPO) üzrə dərin biliklər; Şəbəkə bilikləri: TCP/IP protokolları, LAN/Wi-Fi şəbəkələrinin qurulması, Switch və Router-lərin təməl səviyyədə sazlanması; Yedəkləmə və Monitorinq: Veeam Backup & Replication, Zabbix, Uptime Kuma, syslog platformaları ilə iş təcrübəsi; Avtomatlaşdırma və Skriptlər: PowerShell, Bash, Python vasitəsilə gündəlik sistem inzibatçılığı tapşırıqlarının avtomatlaşdırılması. İş şərtləri: İş qrafiki: Tam iş günü (5 gün). İş saatları: 09:00-18:00. İş yeri: Bakı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.