Vakansiya haqqında
İş barədə məlumat
Buta Park MMC tikinti, mühəndis sistemləri (MEP), təmir və yenidənqurma sahəsində kompleks xidmətlər göstərən şirkətdir.
Şirkətimiz yaşayış, kommersiya, sənaye və inzibati obyektlər üzrə tikinti-quraşdırma, əsaslı və cari təmir, fit-out və interyer, rekonstruksiya, fasad və ümumi tikinti işlərinin, eləcə də MEP – mexaniki, elektrik və santexnika sistemlərinin icrasını həyata keçirir.
Fəaliyyətimizin əsas istiqamətləri:
Ümumi tikinti və tikinti-quraşdırma işləri;
Əsaslı və cari təmir işləri;
Ofis, mağaza, restoran, otel və digər kommersiya obyektlərinin fit-out və interyer işləri;
Memarlıq və interyer həllərinin icrası;
Rekonstruksiya və yenidənqurma işləri;
MEP sistemlərinin quraşdırılması;
Elektrik və zəif axın sistemləri;
HVAC – isitmə, soyutma və havalandırma sistemləri;
Su, kanalizasiya və santexnika işləri;
Yanğın təhlükəsizliyi və yanğınsöndürmə sistemləri;
Fasad, dam örtüyü və hidroizolyasiya işləri;
Tikinti materiallarının təchizatı və layihə üzrə kompleks satınalma xidmətləri.
Hazırda komandamıza əsas fəaliyyəti yeni tikinti layihələrinin və korporativ müştərilərin cəlb edilməsi olacaq Korporativ Satış / Layihə Satışları üzrə Mütəxəssis axtarırıq.
Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00;
İş yeri: Buta Park MMC ;
Əməkhaqqı: Sabit əməkhaqqı və satış nəticələrinə uyğun bonus;
Əməkhaqqının məbləği namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək;
Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Qeyd: Yalnız tikinti sektorunda korporativ satış təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur.
CV göndərərkən mövzu hissəsinə vakansiyanın adını qeyd edin zəhmət olmasa.
Əmək haqqı: Fix+bonus
Öhdəliklər
Tikinti sektorunda yeni korporativ müştərilərin axtarılması və şirkətlə əməkdaşlığa cəlb edilməsi;
Dövlət və özəl tikinti layihələrinin araşdırılması, potensial satış imkanlarının müəyyənləşdirilməsi;
Tikinti, təmir, layihələndirmə, mühəndis sistemləri və əlaqəli xidmətlərin korporativ müştərilərə təqdim edilməsi;
Developer, baş podratçı, subpodratçı, layihəçi və digər şirkətlərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Müştəri ehtiyaclarının öyrənilməsi, uyğun kommersiya həllərinin və qiymət təkliflərinin hazırlanması;
Obyektlərə baxışların, müştəri görüşlərinin və təqdimatların təşkili;
Texniki şöbə ilə əməkdaşlıq çərçivəsində iş həcmlərinin müəyyənləşdirilməsi və kommersiya təkliflərinin hazırlanması;
Tender və satınalma elanlarının izlənilməsi, tələb olunan sənədlərin hazırlanmasında iştirak və satınalma şərtlərinin təhlili;
Qiymət, ödəniş, icra müddəti və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi;
Müqavilə sonrası layihənin icra vəziyyətinin, müştəri məmnuniyyətinin və ödənişlərin izlənilməsi;
Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və təkrar satışların artırılması;
Aylıq və illik satış planlarının yerinə yetirilməsi, satış nəticələri və potensial layihələr üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;
Tikinti bazarının, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi.
Tələblər
Ali təhsil;
Tikinti sektorunda korporativ satış üzrə minimum 5 ildən çox iş təcrübəsi;
Tikinti, təmir, layihələndirmə, MEP və ya tikinti materiallarının satışı sahələrindən ən azı biri üzrə təcrübə;
Tikinti şirkətləri, developer, podratçı və korporativ sifarişçilərlə işləmək təcrübəsi;
Tender, kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı;
Tikinti işlərinin və texniki sənədlərin ümumi mahiyyətini anlamaq bacarığı;
B2B satış və danışıqların aparılması üzrə güclü bacarıqlar;
Aktiv korporativ müştəri bazasının olması üstünlükdür;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ingilis dili biliyi üstünlükdür;
Microsoft Office və CRM proqramlarında işləmək bacarığı;
Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət;
Şəxsi avtomobilin olması üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
