Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Buta Park LLC

Tender və Satınalma üzrə Aparıcı Mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş barədə məlumat Buta Park MMC tikinti, mühəndis sistemləri (MEP), təmir və yenidənqurma sahəsində kompleks xidmətlər göstərən şirkətdir. Şirkətimiz yaşayış, kommersiya, sənaye və inzibati obyektlər üzrə tikinti-quraşdırma, əsaslı və cari təmir, fit-out və interyer, rekonstruksiya, eləcə də MEP – mexaniki, elektrik və santexnika sistemlərinin icrasını həyata keçirir. Fəaliyyətimizin genişlənməsi ilə əlaqədar komandamıza Satınalma və Tender üzrə Mütəxəssis axtarırıq. Namizədin əsas vəzifəsi şirkətin iştirak etdiyi tikinti, təmir, fit-out və MEP tenderlərinin hazırlanması, layihə sənədlərinin və BOQ-ların təhlili, bazar qiymətlərinin araşdırılması, təchizatçı və subpodratçılardan kommersiya təkliflərinin alınması və layihə üzrə rəqabətqabiliyyətli qiymət təklifinin formalaşdırılması olacaq. Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma. İş şəraiti İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 7 İş təcrübəsi: 5 ildən çox Əməkhaqqı: 1000–1500 AZN İş qrafiki: Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–13:00 Əsas vəzifələr Dövlət və kommersiya tenderlərinin izlənilməsi; Tikinti, təmir və MEP sahəsində elan olunan tenderlərin araşdırılması və uyğun tenderlərin müəyyən edilməsi; Tender sənədlərinin, texniki şərtlərin, layihələrin və BOQ-ların təhlil edilməsi; Tender tələblərinə uyğun texniki və kommersiya sənədlərinin hazırlanması; BOQ üzrə material, avadanlıq və işçilik qiymətlərinin araşdırılması; Layihələr üzrə ilkin cost estimation / qiymət hesablamalarının hazırlanması; Yerli və xarici təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi; Subpodratçıların müəyyən edilməsi və onlardan kommersiya təkliflərinin alınması; Material və avadanlıqlar üzrə alternativ marka və texniki həllərin araşdırılması; Təchizatçı və subpodratçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması; Tender üçün yekun qiymət cədvəllərinin və kommersiya təkliflərinin hazırlanması; Tender sənədlərinin tələb olunan formatda və vaxtında təqdim edilməsinin təmin edilməsi; Qazanılmış layihələr üzrə satınalma prosesinin təşkil edilməsi və sifarişlərin izlənilməsi; Layihə rəhbərləri, mühəndislər, smetaçı və maliyyə komandası ilə koordinasiyalı işləmək. Tələblər Yaş: 25–60 Təhsil: Ali Tender və satınalma sahəsində 5+ il iş təcrübəsi; Tikinti, MEP, zəif cərəyan və IT sahələri üzrə texniki anlayış; BOQ, smeta və texniki spesifikasiyalarla işləmə bacarığı; Excel və Word proqramlarını yaxşı bilmək; Analitik düşüncə və yüksək məsuliyyət; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət; Rus və ingilis dili biliyi üstünlükdür. ​​​​​​​Üstünlük veriləcək namizədlər Tikinti şirkətlərində Tender Engineer, Procurement Specialist, Estimation Engineer, Tender Specialist və ya Quantity Surveyor kimi çalışmış, tikinti və MEP layihələrində real qiymətləndirmə və satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Bizə sadəcə tender sənədlərini hazırlayan əməkdaş deyil, layihəni texniki və kommersiya baxımından analiz edə bilən, bazardan doğru qiymətləri toplayaraq rəqabətqabiliyyətli təklif formalaşdıra bilən mütəxəssis lazımdır. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.