Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə əsas biliklər;
1 C 8.2 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;
Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;
Arayışların hazırlanması və qeydiyyatın aparılması;
HR üzrə gündəlik inzibati və əməliyyat proseslərinin icrasında iştirak etmək.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri
İmtiyazlar: Könüllü tibbi sığorta
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları əməliyyatları üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
