Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

AAC MMC

Mexanik-Çilingər

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Əsas vəzifələr: Əsas və yardımçı istehsalat avadanlıqlarının, yükqaldıran maşın və mexanizmlərin sökülməsi, təmiri və yığılmasını həyata keçirmək; Avadanlıqların qovşaq və hissələrində yaranan nasazlıqları, zədələnmə və yeyilmələri müəyyən etmək, onların səbəb və dərəcəsini qiymətləndirmək; Boru və flanş birləşmələrinin, impuls xətlərinin, siyirtmələrin və digər mexaniki avadanlıqların təmirini həyata keçirmək; Zərurət yarandıqda təmir və bərpa işləri çərçivəsində qaynaq işlərini yerinə yetirmək; Avadanlıqların həftəlik, gündəlik, aylıq və illik texniki xidmət planlarına uyğun olaraq planlı texniki xidmət işlərini həyata keçirmək; Kran və digər mexanizmlərin köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajında iştirak etmək; Quraşdırma və təmir prosesində zədələnmiş və sınmış hissələri müəyyən etmək və onların bərpasını həyata keçirmək; Yeni avadanlıqların quraşdırılmasında, həmçinin ağır və iri həcmli işlər zamanı mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək; Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi və sazlanmasını həyata keçirmək; Təmir və texniki xidmətdən sonra avadanlıqların istismara hazır vəziyyətdə təhvil verilməsini təmin etmək; İstifadəsində olan alət, avadanlıq və vasitələrin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək; Avadanlıqların və qaz balonlarının daşınması, saxlanılması və təhlükəsiz istismarı qaydalarına riayət etmək; Avadanlıqların qəzasız və etibarlı fəaliyyətinin təmin edilməsi, təmir və texniki xidmət işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsində iştirak etmək; Görülmüş işlərlə bağlı tələb olunan sənədləri və hesabatları dolduraraq birbaşa rəhbərə təqdim etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək. Namizədə tələblər: Orta ixtisas və ya peşə təhsili; Mexanik-çilingər, çilingər-təmirçi və ya analoji vəzifədə iş təcrübəsi; Mexaniki avadanlıqların sökülməsi, yığılması və təmiri üzrə praktiki bilik; Boru xətləri, flanş birləşmələri, siyirtmələr və mexaniki qovşaqlar üzrə anlayış; Əl alətləri və mexanikləşdirmə vasitələrindən istifadə bacarığı; Qaynaq işləri üzrə bacarıq üstünlükdür; Yükqaldıran mexanizmlərlə aparılan montaj və demontaj işlərinin əsaslarını bilmək; Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək; Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı. İş şəraiti: İş yeri: Səngəçal İş qrafiki: 5 günlük iş həftəsi Əmək haqqı: 950-1000 AZN Servis xidməti: Bakı və Sumqayıt istiqamətlərindən servis Nahar xidməti: İşçilər üçün nahar təmin edilir Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.