Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Restoranların gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
Restoran və filiallarda müəyyən edilmiş iş standartlarının tətbiqini və icrasını yoxlamaq;
Restoranların zal, mətbəx, kassa, anbar və digər əməliyyat sahələrinin fəaliyyətini monitorinq etmək;
Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;
Restoran əməkdaşlarının iş proseslərini, davamiyyətini və əmək intizamını izləmək;
Personalın iş bölgüsü və iş qrafikinin effektiv təşkilinə dəstək olmaq;
Mətbəx və xidmət proseslərinin texnoloji və əməliyyat standartlarına uyğunluğuna nəzarət etmək;
Məhsulların qəbulu, saxlanılması, istifadəsi və silinməsi proseslərini monitorinq etmək;
Anbar qalıqları, məhsul itkisi və sərfiyyat göstəricilərinə nəzarət etmək;
İnventarizasiya proseslərində iştirak etmək;
Kassa və satış əməliyyatlarının müəyyən edilmiş prosedurlara uyğunluğunu yoxlamaq;
Günlük, həftəlik və aylıq əməliyyat hesabatlarının hazırlanmasında iştirak etmək;
Restoranlarda aparılan yoxlamaların nəticələrini təhlil etmək və aşkar edilmiş nöqsanlar üzrə tədbirlər planı hazırlamaq;
Aşkar edilmiş əməliyyat problemlərinin aradan qaldırılmasını aidiyyəti şəxslərlə koordinasiya etmək;
Restoranlarda sanitariya, gigiyena və qida təhlükəsizliyi standartlarına riayət olunmasını izləmək;
Avadanlıqların texniki vəziyyətini monitorinq etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Yeni filialların açılışı, yenilənməsi və əməliyyat proseslərinin qurulmasında iştirak etmək;
Şirkətin restoran şəbəkəsində əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Tələblər:
Ali təhsil;
Restoran, iaşə, hotelçilik, pərakəndə və ya xidmət sektorunda minimum 3 il iş təcrübəsi;
Restoran əməliyyatları və filial fəaliyyətinin təşkili barədə praktiki biliklər;
Güclü təşkilatçılıq və kommunikasiya bacarığı;
Problemləri operativ müəyyən etmək və həll etmək qabiliyyəti;
Komanda ilə işləmək və müxtəlif filiallarla effektiv kommunikasiya qurmaq bacarığı;
Ölkə daxilində regionlara mütəmadi ezamiyyətə getmək imkanı;
İş barədə məlumat:
İş yeri: Bakı, Həsən Seyidbəyli küç;
5 günlük iş qrafiki: 09:00-18:00.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
