Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Dapti

Təhsil sahəsi üzrə satış mütəxəssisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Hazırda Dapti komandamıza qoşulmaq üçün Təhsil sahəsi üzrə satış nütəxəssisi axtarırıq. İş növü: Tam ştat Tələblər: Təhsil sahəsində satış üzrə ən azı 2 il iş təcrübəsi; CRM sistemləri və Excel vasitəsilə məlumatlarla işləmək və müştəri bazasını təhlil etmək bacarığı; Güclü şifahi və yazılı ünsiyyət bacarıqları; İnandırma, danışıqlar aparma və təqdimat bacarıqları; Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun həllər təklif etmək bacarığı; Nəticəyönümlü və hədəflərə fokuslanan yanaşma. Vəzifə öhdəlikləri: Potensial müştərilərlə əlaqə yaradaraq Dapti.az platformasının məhsul və xidmətlərinin təqdimatını və satışını həyata keçirmək; Müştərilərin ehtiyaclarını və gözləntilərini müəyyən edərək onlara uyğun həllər təklif etmək; Məktəblər, valideynlər və digər potensial müştərilərlə satış prosesini idarə etmək; Dapti.az platformasının imkanlarını, üstünlüklərini və istifadə qaydasını müştərilərə aydın və effektiv şəkildə təqdim etmək; Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək; Müştəri bazasını və satış nəticələrini CRM və Excel vasitəsilə idarə və təhlil etmək; Satış prosesi, müştəri müraciətləri və nəticələr barədə məlumatları müvafiq sistemlərdə dəqiq şəkildə qeyd etmək; Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək; Bazar və müştəri ehtiyaclarını izləmək, satış imkanlarını müəyyənləşdirmək; Komanda ilə əməkdaşlıq edərək satış prosesinin və müştəri təcrübəsinin təkmilləşdirilməsinə töhfə vermək. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.