Vakansiya haqqında
İş şəraiti
Ünvan - Bakı
İş qrafiki - tam gün
Ənıkhaqqı - razılaşma yolu ilə
Vəzifə öhdəlikləri
Yanğın təhlükəsizliyi üzrə layihələrin texniki və maliyyə baxımından qiymətləndirilməsi;
Layihə çertyojlarının, texniki spesifikasiyaların və BOQ-ların (Bill of Quantities) təhlili;
Yanğın siqnalizasiya sistemləri, tüstü və istilik detektorları, yanğın siqnalizasiya panelləri, modul sistemlər və digər avadanlıqlar üzrə düzgün avadanlıq seçiminin aparılması;
Layihə üzrə tələb olunan avadanlıq və materialların miqdarının hesablanması;
Material və avadanlıqların qiymətlərinin araşdırılması və ilkin smetanın hazırlanması;
Quraşdırma, kabel, montaj və digər işlərin əmək və material xərclərinin hesablanması;
Layihənin ümumi maya dəyərinin və təklif qiymətinin formalaşdırılmasında iştirak;
Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
Tender və kommersiya təklifləri üçün texniki-maliyyə məlumatlarının hazırlanması;
Layihə üzrə mümkün əlavə xərclərin və risklərin əvvəlcədən müəyyənləşdirilməsi;
Satınalma, mühəndislik və satış şöbələri ilə koordinasiyalı iş.
Namizədə tələblər
Ali texniki və ya mühəndislik təhsili;
Yanğın təhlükəsizliyi, elektrik, avtomatika, zəif axın sistemləri və ya əlaqəli sahədə iş təcrübəsi;
Yanğın siqnalizasiya sistemləri üzrə bilik;
Detektorlar, yanğın siqnalizasiya panelləri, sirenlər, manual çağırış düymələri, modul və digər yanğın təhlükəsizliyi avadanlıqları haqqında anlayış;
Texniki layihələri və çertyojları oxuma bacarığı;
AutoCAD proqramında işləmək bacarığı
MS Excel proqramında yaxşı səviyyədə işləmək;
BOQ və texniki spesifikasiyalarla işləmə bacarığı;
Hesablama və analitik düşünmə qabiliyyəti;
Qiymət araşdırması və kommersiya təkliflərinin hazırlanması üzrə bacarıq;
Diqqətli, məsuliyyətli və detallara yönümlü olmaq;
Komandada işləmək bacarığı.
Əlavə üstünlüklər
Yanğın təhlükəsizliyi sistemləri üzrə 2+ il iş təcrübəsi;
Real layihələrin smeta və qiymətləndirilməsində təcrübə;
Tender sənədlərinin hazırlanması üzrə təcrübə;
NFPA, EN və digər yanğın təhlükəsizliyi standartları haqqında məlumat;
Zəif axın (Low Current) sistemləri üzrə əlavə bilik;
İngilis və ya rus dilində texniki sənədləri oxuya bilmək.
Zəhmət olmasa CV-nizi "Yanğın Təhlükəsizliyi Layihələrinin Qiymətləndirilməsi üzrə Mütəxəssis" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
