Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İMotors

Zəmanət meneceri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Namizədə olan tələblər: Ali təhsil; Avtomobil sektorunda, xüsusilə servis və zəmanət proseslərində iş təcrübəsi; Avtomobillərin əsas texniki quruluşu və sistemləri haqqında ümumi bilik; Zəmanət siyasəti, zəmanət şərtləri və istehsalçı prosedurları ilə işləmə bacarığı; Servis proqramları və CRM/DMS sistemləri ilə işləmək bacarığı; Azərbaycan dili biliyi səlis, ingilis dili əla səviyyədə; MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı. Vəzifə öhdəlikləri: Avtomobillər üzrə zəmanət müraciətlərini qəbul etmək, yoxlamaq və idarə etmək; Servis tərəfindən təqdim olunan zəmanət işlərinin istehsalçı/diler zəmanət şərtlərinə uyğunluğunu yoxlamaq; Zəmanət işlərinin və ehtiyat hissələrinin düzgün kodlaşdırılmasına nəzarət etmək; Zəmanət müraciətləri üzrə lazımi sənədləri, foto/video materialları və texniki məlumatları toplamaq; Zəmanət müraciətlərini istehsalçıya və ya distribütora vaxtında təqdim etmək; İstehsalçı tərəfindən təsdiq, rədd və ya əlavə məlumat tələb olunan müraciətləri izləmək; Rədd edilmiş zəmanət müraciətlərinin səbəblərini araşdırmaq və zəruri hallarda yenidən baxılması üçün əsaslandırılmış müraciət hazırlamaq; Zəmanət çərçivəsində dəyişdirilmiş ehtiyat hissələrinin uçotunu və saxlanmasını təşkil etmək; Zəmanət üzrə kompensasiya və ödənişlərin istehsalçıdan alınmasına nəzarət etmək; Zəmanət xərcləri və geri ödənişlər üzrə mütəmadi hesabatlar hazırlamaq; Zəmanət müraciətlərinin statusunu CRM/DMS sistemində vaxtında yeniləmək; Servis, ehtiyat hissələri, texniki mütəxəssislər və satış komandası ilə koordinasiyalı işləmək; Təkrarlanan texniki problemləri analiz etmək və rəhbərliyə məlumat vermək; İstehsalçının yeni zəmanət qaydaları, texniki bülletenləri və prosedurlarını izləmək və servis komandasına çatdırmaq; Zəmanət müddətində olan avtomobillərlə bağlı müştəri müraciətlərinin düzgün istiqamətləndirilməsini təmin etmək; Zəmanət üzrə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək. İş yeri: Üzeyir Hacıbəyli küç 157C Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Zəmanət meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2591&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.