Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Sinteks Group of Companies

Kiçik Maliyyə Nəzarətçisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş Yeri: Sinteks LLC Lokasiya: Bakı, Azərbaycan Vəzifənin təsviri Bu vəzifənin rolu Maliyyə nəzarətçisinə satış və xərclərlə əlaqədar uçotun aparılmasında dəstək olmaqdır. Öhdəlikləri: Gündəlik əməliyyat və kassaya nəzarət: Gündəlik satışdan daxil olan nəğd və qeyri-nəğd məbləğlərin Excel-də qeydiyyatını aparmaq və bank çıxarışları ilə mədaxilləri üzləşdirmək. Kassa və POS əməliyyatlarının düzgünlüyünü yoxlamaq, nəğd və bank hesabı hərəkətlərini izləmək. İnvoys və ödəniş qeydiyyatı: Ödənişlərin planlaşdırılması üçün daxil olan bütün invoysların Excel-də qeydiyyatını aparmaq və ödəndikcə yeniləmək. Hər bir mal invoysuna uyğun gömrük və nəqliyyat xərclərinin düzgün şəkildə uçotunu aparmaq. Bank əməliyyatlarının uçotu və PL qeydiyyatı: Bank vasitəsilə həyata keçirilən bütün ödənişlərin PL (Profit & Loss) excel faylında qeydiyyatını aparmaq. Maliyyə sənədlərinin ilkin yoxlanması və sistemə düzgün daxil edilməsinə nəzarət. Hesabatların hazırlanmasına dəstək və əmək haqqı qeydiyyatı: Günlük və aylıq hesabatların hazırlanmasında iştirak etmək. Ödənilmiş əmək haqlarına dair məlumatların Excel-də düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək. İnventar və ezamiyyə nəzarəti: Anbar və mağaza qalıqlarını sistemdəki məlumatlarla uyğunluq baxımından izləmək. Ezamiyyə xərclərinin daxili qaydalara uyğun xərclənməsinə nəzarət və sənədləşmənin yoxlanmasında iştirak. Maliyyə nəzarətçisinə dəstək və sistemlə iş: Maliyyə nəzarətçisinin tapşırıqlarının icrasında və digər gündəlik işlərdə köməklik göstərmək. ERP və satış sistemlərində məlumatların dəqiqliyinin təmin olunmasında iştirak etmək. Tələblər Professional biliklər: Maliyyə uçotu və mühasibatlıq üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də maliyyə/mühasibatlıq uçotu, invoys və ödəniş qeydiyyatı, kassa/bank əməliyyatları, P&L faylı, maliyyə sənədləri və/və ya hesabatların hazırlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir). 1C, ERP və ya digər uçot/maliyyə sistemləri ilə işləmək üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də 1C, ERP, accounting/bookkeeping system, POS/satış sistemi, invoice/payment tracker, maliyyə məlumat bazası və/və ya Excel-based uçot registerləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir). MS Office Rus dili – orta və ya daha yüksək səviyyə, İngilis dili arzuolunandır Təhsil: Ali təhsil (İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, mühasibatlıq, və ya əlaqəli sahə üzrə təhsil) İş təcrübəsi: Maliyyə, mühasibatlıq, kassa/bank əməliyyatları, e-qaimə/ödəniş qeydiyyatı, bank/POS üzləşdirmələri, və/və ya maliyyə hesabatları üzrə iş təcrübəsi üstünlükdür. Professional bacarıq və kompetensiyalar: Analitik düşüncə Riyazi düşüncə Detallara diqqət Punktuallıq Məsuliyyət Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.