Vakansiya haqqında
Şirkətimizə məsuliyyətli və diqqətli Anbardar axtarılır.
İş yeri: AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 22 -ci km
Əsas vəzifələr:
Malların qəbul edilməsi, yerləşdirilməsi və buraxılması;
Malların ERP sistemində qeydiyyata alınması və işlənməsi;
Anbar qalığının düzgün uçotunun aparılması;
Malların giriş-çıxışının sistem üzərindən idarə edilməsi;
Sifarişlərin hazırlanması və təhvil verilməsi;
Anbar sənədlərinin düzgün aparılması;
Anbarda nizam-intizamın və düzgün yerləşdirmənin təmin edilməsi.
Tələblər:
Anbar sahəsində iş təcrübəsi arzuolunandır;
ERP sistemi ilə işləmə bacarığı və malların sistem üzərindən işlənməsi üzrə təcrübə;
MS Excel üzrə əsas biliklər;
Məsuliyyətlilik və diqqətlilik;
Təşkilatçılıq və operativlik;
Komandada və müstəqil işləmək bacarığı.
Əməkhaqqı: 700 AZN
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
