Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

AT - Geotech MMC

Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan olunur. Əsas vəzifə öhdəlikləri: Anbar Menecerinin tapşırıqları əsasında yoxlama planını hazırlamaq və icrasını təşkil etmək; Bölmə əməkdaşları arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək; Mərkəzi anbar, layihə anbarları və layihə sahələrində aparılan yoxlama proseslərinə rəhbərlik etmək; Fiziki anbar qalıqlarının ERP sistemindəki məlumatlarla uyğunluğunu yoxlamaq; Məhsulların layihələrə və sahələrə düzgün verilməsinə nəzarət etmək; Məhsul hərəkətlərinin müvafiq sənədlər əsasında rəsmiləşdirilməsini yoxlamaq; SRF, PRF, təhvil-təslim və digər sənədlərdəki məlumatları faktiki məhsul hərəkətləri ilə müqayisə etmək; Sistem və fiziki qalıqlar arasında yaranan fərqləri, artıq və əskik məhsulları, eləcə də sistemdə düzgün əks olunmayan məlumatları müəyyən etmək; Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılmasını təşkil etmək və onların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək; Aparılan yoxlamaların nəticələrini ümumiləşdirmək, gündəlik, həftəlik və zəruri hallarda aylıq hesabatlar hazırlamaq; Yoxlama nəticələri və aşkar edilmiş problemlər barədə birbaşa Anbar Menecerinə məlumat vermək; Anbar Menecerinin digər yoxlama və nəzarət tapşırıqlarını yerinə yetirmək. Namizədə dair tələblər: Anbar təsərrüfatı, inventarizasiya və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi; Ezamiyyətlərdə iştirak etmək imkanı və ezamiyyətə açıq olmaq; MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı; Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı; Yüksək məsuliyyətlilik, diqqətlilik və punktuallıq; Komanda idarəetmə və təşkilatçılıq bacarıqları. Əmək şəraiti: İş yeri: Xırdalan şəhəri İş qrafiki: 5 günlük, 09:00–18:00 Əməkhaqqı: 800–1000 AZN Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.