Vakansiya haqqında
166 EXPRESS MMC (166Cargo.az) - Xarici ölkələrdən e-ticarət üzərindən sifariş edilən və eləcə də yerli bazarda fəaliyyət göstərən e-ticarət platformalarla tərəfdaşlıq əsasında bağlamaların ölkə daxilində çatdırılması ilə məşğuldur.
Vəzifə tələbləri:
Ali təhsil arzuolunandır
Azərbaycan, Rus dili arzuolunandır
Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində anbardar vəzifəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
Yaş həddi: 20-38
Həm xanım, həm də bəy namizədlər
Komandada işləmə bacarığı
Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı
Vəzifə öhdəlikləri:
Daxil olan bağlamaların anbar zonasına yerləşdirilməsi (fiziki iş)
Daxil olan bağlamaların çeşidlənməsi və sistemə daxil edilməsi
Anbardan bağlamaların çıxışına nəzarət etmək
Anbardaki bağlamaların sistemlə yoxlanılması
Müştəri ödənişlərinin qəbulu (kassa, Pos Terminal)
Bağlamaların yüklənməsi / boşaldılması
Kuryer sifarişlərinin hazırlanması
Rəhbərlik tərəfindən verilən tapşırıqların Sistem üzərindən gündəlik icra edilməsi
Müştərilərin sifarişlərində yaranan problemlərin araşdırılması, yaranmış çətinliklərdə müştəriyə dəstək olmaq.
İş kollektivi ilə səmimi, mehriban münasibət yaratmaq.
İş şəraiti:
İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
İş vaxtı: 10:00-20:00, 6-cı gün 11:00-18:00
Ünvan: Bakı şəhəri, Sabail rayonu, İçərişəhər, Bünyad Sərdarov küçasi, giriş 24A
Əmək haqqı 500 AZN
Maraqlanan şəxslər öz CV-lərini “Anbardar” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 0552023166
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
