Vakansiya haqqında
Tələblər:
Logo proqramı üzrə praktiki iş təcrübəsi;
İT və sistem inzibatçılığı üzrə biliklər;
SQL və məlumat bazaları ilə işləmək bacarığı;
Problemləri operativ həll etmək bacarığı;
Məsuliyyətli və diqqətli olmaq;
Komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Logo proqramının quraşdırılması, sazlanması və texniki dəstəyi;
İstifadəçilərin Logo ilə bağlı texniki problemlərinin həlli;
Mühasibat və digər modullar üzrə yaranan problemlərin araşdırılması;
Məlumat bazasının və sistemin düzgün işləməsinə nəzarət;
Proqram yenilənmələrinin və inteqrasiyaların həyata keçirilməsi;
Sistem və məlumatların təhlükəsizliyinin təmin olunması
İş şəraiti:
6 günlük iş qrafiki (şənbə yarım iş günü);
İş ünvanı: Bakı;
Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İT mütəxəssis-Logo proqramı üzrə” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
