Vakansiya haqqında
Təsvir
Rəqəmsal marketinq fəaliyyətini planlaşdırmaq və həyata keçirmək (Veb, SEO, sosial media, GDN), kontent marketinqinin koordinasiyası;
Rəqəmsal kanallarda reklamları təhlil etmək, hesabat hazırlamaq və qiymətləndirmək ;
Veb saytın texniki təhlili, açar sözlərin (keyword) araşdırılması və optimizasiya işlərinin görülməsi;
Bankın veb saytında istifadəçi yolunu (user journey) analiz etmək və təkmilləşdirmək, müştəri təcrübəsinin optimallaşdırılması;
Onlayn satışların gücləndirilməsi, brendin rəqəmsal imicinin formalaşdırılması üzrə işləri görmək;
Yeni texnologiyaları və trendləri müəyyənləşdirmək və zəruri hallarda onları tətbiq etmək üçün təhlil aparmaq.
Tələblər
Marketinq və ya müvafiq sahə üzrə magistr dərəcəsi;
Rəqəmsal marketinqdə ən az 2-3 il iş təcrübəsi (bank təcrübəsi arzuolunandır);
SEO sahəsi, effektiv rəqəmsal kampaniyaların hazırlamasında təcrübə;
Sayt analitikası, məhsul səhifələri (landing pages) və istifadəçi təcrübəsinin (user funnels) optimallaşdırması üzrə təcrübə;
Güclü analitik yanaşma və təhlillərə əsaslanma;
Rəqəmsal marketinq sahəsində yeni trendlər və ən yaxşı təcrübələr haqqında biliklər.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
