Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Şirkətin biznes və kommersiya hədəflərinə uyğun marketinq və PR strategiyasını hazırlamaq və həyata keçirmək;
Brend strategiyasını, mövqeləndirməni və bütün kommunikasiya kanallarında vahid brend dilini idarə etmək;
Reklam, PR və digital kampaniyaları planlamaq, kreativ konseptlərin hazırlanmasına rəhbərlik etmək və nəticələri qiymətləndirmək;
Google Ads, Meta Ads, Google Analytics, Google Tag Manager, Meta Business Suite, CRM və digər marketinq alətlərindən istifadə etməklə kampaniyaların idarə olunmasını və nəticələrin təhlilini təmin etmək;
Sosial media, veb-sayt, e-mail marketing və digər digital kanallar üzrə kommunikasiya fəaliyyətlərini idarə etmək;
Media əlaqələri, korporativ kommunikasiya, tədbir, sərgi və digər PR layihələrini təşkil etmək;
Designer, videographer, content creator, agentlik və digər xarici tərəfdaşların işini koordinasiya etmək;
Bazar, müştəri davranışları, rəqiblər və yeni marketinq trendlərini təhlil edərək yeni imkanlar və ideyalar formalaşdırmaq;
Marketinq KPI-larını, reklam nəticələrini, lead və konversiya göstəricilərini təhlil etmək, hesabatlar hazırlamaq və fəaliyyətləri optimallaşdırmaq;
Namizədə tələblər
Marketinq, PR, Kommunikasiya, Biznes və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq və PR sahəsində minimum 3 il iş təcrübəsi, menecer səviyyəsində təcrübə üstünlükdür;
Kreativ layihələrin və xarici tərəfdaşların idarə olunması üzrə təcrübə;
Azərbaycan dili səlis ( Rus və İngilis üstünlükdür ) bilmə bacarığı
İş şəraiti
İş ünvanı: Ağ şəhər
Əmək haqqı: Müsahibə əsasında
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “ Marketing & PR Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
