Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Aqua Plus MMC

Satış Meneceri – Su Nasosları və Texniki Avadanlıqlar

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Shimge Azərbaycan / Aqua Plus MMC mağazada çalışmaq üçün satış meneceri axtarır. İşin mahiyyəti: Mağazaya müraciət edən müştərilərə su nasosu və digər texniki məhsulların satışını həyata keçirmək Müştərinin tələbinə uyğun nasos seçmək: məhsuldarlıq, basqı, mühərrik gücü və istifadə sahəsini müəyyənləşdirmək Məhsulların texniki xüsusiyyətlərini və istifadə qaydasını müştəriyə düzgün izah etmək Telefon və WhatsApp vasitəsilə daxil olan sorğuları cavablandırmaq Qiymət təklifi hazırlamaq və müştəriyə göndərmək Mövcud müştərilərlə əlaqəni davam etdirmək və yeni müştərilər cəlb etmək Sifarişləri qəbul etmək, satış prosesini yekunlaşdırmaq və satış planına uyğun işləmək Namizədə tələblər: Satış sahəsində iş təcrübəsi Müştəri ilə düzgün ünsiyyət və təqdimat bacarığı Aktiv, məsuliyyətli və nəticəyə yönəlmiş olmaq Kompüter və WhatsApp proqramından sərbəst istifadə etmək Texniki məhsulları öyrənmək qabiliyyəti Su nasosları, santexnika, tikinti materialları, istilik və ya digər texniki avadanlıqlar üzrə təcrübə üstünlükdür Qeyd: Nasoslar haqqında ilkin məlumatı olmayan, lakin texniki məhsulları öyrənmək və satış sahəsində inkişaf etmək istəyən namizədlərə məhsullar öyrədiləcək. Əməkhaqqı: İlk 3 ay: 700 AZN sabit əməkhaqqı 3 aydan sonra: 700 AZN + satışdan faiz Aktiv satış nəticələrinə əsasən aylıq gəlir 1300–1400 AZN və daha yüksək ola bilər İş qrafiki: İş saatı: 08:00–17:00 Ayda 2 dəfə bazar ertəsi istirahət günü Ünvan: Abşeron Ticarət Mərkəzi, Sıra 1, Korpus 7, Mağaza 5–6 SHIMGE Azərbaycan nümayəndəliyi Vakansiya yalnız real satış təcrübəsi olan, müştəri ilə aktiv işləyə bilən və uzunmüddətli iş axtaran şəxslər üçündür. Müraciət üçün CV-nizi WhatsApp və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin: +994 51 566 00 90

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.