Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Dolu Store

Korporativ Satış Mütəxəssisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri - Bakı şəhəri İş şəraiti: İş qrafiki: Tam iş günü, 5 günlük iş həftəsi; Əməkhaqqı: 700 - 1500 Azn. Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Sabit əmək haqq + satış nəticələrinə uyğun bonus; Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. Öhdəliklər Yeni korporativ müştərilərin araşdırılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və satış həcminin artırılması; Aylıq və illik satış planlarının yerinə yetirilməsi; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və həllərin təklif edilməsi; Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Satış danışıqlarının aparılması və satış prosesinin sifarişin tamamlanmasına qədər idarə edilməsi; Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak; Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi; Çatdırılma xidməti üzrə işlərin təşkili və idarəedilməsi Dövlət satınalmaları üzrə elanların mütəmadi monitorinqi və şirkət üçün uyğun satınalmaların müəyyənləşdirilməsi; Tender sənədlərinin və texniki şərtlərin ilkin təhlilində iştirak; Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak; Tender imkanlarının satış potensialı baxımından qiymətləndirilməsi və rəhbərliyə təqdim edilməsi; Tender və satış fəaliyyəti üzrə məlumatların, müştəri bazasının və nəticələrin sistemli şəkildə aparılması; Gündəlik və həftəlik fəaliyyət və satış hesabatlarının hazırlanması; Mövcud bazarın, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması; Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi Tələblər Yaş - 25 yaşdan 45 yaşadək Təhsil - Ali İş təcrübəsi – 2 ildən 5 ilə qədər B2B satış və müştəri münasibətlərinin idarə olunması üzrə praktiki bacarıqlar; Satış danışıqları aparmaq və nəticəyə yönəlmək bacarığı; Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı; Dövlət satınalmaları və tender prosesi haqqında məlumatlı olmaq üstünlükdür; Tender sənədlərini və texniki şərtləri oxumağa və təhlil etməyə maraq; MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus və İngilis dili biliyi üstünlükdür; Analitik düşüncə, təqdimat, inandırma, araşdırma aparmaq və məlumatları müqayisə etmək bacarığı; Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq; Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı; Şəxsi avtomobilin olması üstünlükdür. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə +994 994 50 50 60

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.