Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

MEC Design MMC

Mexanik üzrə Keyfiyyətə Nəzarət (QA/QC) Mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İşin Təsviri və Öhdəliklər: Hündürmərtəbəli bina layihəsində HVAC, su təchizatı, kanalizasiya və yanğınsöndürmə sistemlərinin quraşdırılması zamanı keyfiyyətə nəzarət etmək; Sahəyə daxil olan mexaniki materialların layihə standartlarına və təsdiqlənmiş material siyahısına (Material Approval) uyğunluğunu yoxlamaq; Mexaniki sistemlərin test edilməsi (təzyiq testləri, sızdırmazlıq testləri və s.) prosesində iştirak etmək və test hesabatlarını hazırlamaq; Görülən işlərin yerli tikinti normalarına (MQT) uyğunluğunu yoxlamaq, uyğunsuzluqlar barədə (NCR) hesabat hazırlamaq və aradan qaldırılmasını izləmək. Tələblər: Təcrübə: Tikinti layihələrində mexaniki təsisat işlərinin keyfiyyətinə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi; Təhsil: Sahə üzrə ali mühəndislik təhsili; Proqram Bilikləri: AutoCAD və MS Office proqramları; Mexaniki sistemlərin qəbul-təhvil və test-tənzimləmə (Commissioning) proseslərinə və sənədləşməsinə bələd olmaq. Şərtlər: İş yeri: Bakı şəhəri; Əmək haqqı: Müsahibə əsasında; Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə. Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Mexanik üzrə Keyfiyyətə Nəzarət” qeyd edin. Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.