Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Sirab Satış və Dağıtım MMC

Müştəri şikayətləri üzrə menecer

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Məqsəd: Müştəri şikayətləri üzrə menecer şirkətimizdə müştəri məmnuniyyətinin artırılması, müraciət və şikayətlərin analizi, problem və iradların köklü həlli proseslərinin idarə olunmasına cavabdehdir. Vakansiya üzrə əsas məqsəd təkcə şikayətləri cavablandırmaq deyil, xidmət/məhsul keyfiyyətinin yüksəldilməsi üçün analitik təkliflər vermək və şöbələrarası prosesləri optimallaşdırmaqdır. Əsas vəzifə öhdəlikləri: Müraciətlərin idarə olunması: Müxtəlif kanallardan (telefon, sosial media, e-poçt, satış kanalları, distribütorlar, zavod və s.) daxil olan şikayət, irad və təklifləri qəbul etmək, prioritetləşdirmək və sistemləşdirmək. Proseslərin izlənməsi və həlli: Şikayətləri aidiyyəti şöbələrə ötürmək, həll prosesini son nəticəyə qədər izləmək və müştərini mərhələli şəkildə məlumatlandırmaq. Təhlil və Hesabatlılıq: Müştəri bazasının təhlili, şikayətlərin statistikasının aparılması, köklü səbəblərin müəyyənləşdirilməsi və rəhbərliyə/marketinq departamentinə mütəmadi hesabatların təqdim edilməsi. İnsight və Təkliflər: Müştəri rəylərindən məhsul, xidmət və brend haqqında əsas insight-ları çıxarmaq, xidmət keyfiyyətinin artırılması üçün təkliflər hazırlamaq. Şöbələrarası koplikasiya: Satış, marketinq və logistika/istehsalat komandaları ilə sıx əməkdaşlıq edərək müştəri məmnuniyyəti strategiyasını dəstəkləmək. Kampaniya analizi: Marketinq kampaniyalarının və yeni məhsulların müştərilər tərəfindən necə qəbul edildiyini qiymətləndirmək. Namizədə olan tələblər: Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə). İş təcrübəsi: Müştəri xidmətləri, CRM və ya Şikayətlərin idarə olunması sahəsində təcrübə MS Office və CRM proqramları ilə işləmək bacarığı. Analitik bacarıqlar: Böyük həcmli məlumatlar (data) və şikayət statistikası ilə işləmək, problem yaranma səbəblərini analiz etmək bacarığı. İş vaxtının norması: 5 günlük iş rejimi Saat - 09:00/18:00 Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Nahar şirkət təmin edilir Korporativ telefon nömrəsi və danışıq paketi İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı) Xəritə: https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Müştəri şikayətləri üzrə menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.sirab.az/ ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.