Vakansiya haqqında
Namizədə olan tələblər:
Təhsil: Ali;
AR Əmək Məcəlləsi və İR əməliyyatları üzrə biliklər;
Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi.
Qeyd: Təcrübəsi olmayan namizədlər təcrübəçi olaraq dəyərləndiriləcək.
Vəzifə öhdəlikləri:
Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin
hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi);
İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
Müvafiq hesabatların rəhbərliyə təqdim olunması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
İş şərtlərimiz:
Əmək haqqı: 500-600 AZN;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Xırdalan, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
Servis xidməti (20 Yanvar, Gənclik, Sumqayıt).
CV-lərinizi “İR Assistent” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
