Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azinko Development

Baş mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Struktur: Mühasibatlıq şöbəsi Tabeçilik: Direktor Ünvan: Bakı şəhəri, Flame Towers Tələblər: Minimum təhsil dərəcəsi: Bakalavr (Maliyyə - İqtisadiyyat üzrə); Sahə üzrə min. 5 il iş təcrübəsi; Microsoft Office, 1C proqramlarında işləmək bacarığı; Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilməli; Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli; Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli; Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir. Vəzifə öhdəlikləri: Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi; Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi; Elektron Qaimə Hesab Fakturalarının işlənməsi; Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması; Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması; Onlayn kargüzarlıq və e-qaimə üçün portaldan istifadə edilməsi; BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi; Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək. Fərdi keyfiyyət göstəriciləri: Dəqiqlik və detallara diqqətlilik; Məsuliyyətlilik; Operativlik; Nəticə yönümlü; Komandada işləmək bacarığı. Digər tələb və üstünlük göstəriciləri: İngilis dili biliyi; Maliyyə-mühasibatlıq sahəsi üzrə yerli və beynalxalq sertifikatlar. Vəzifə üzrə əmək haqqı və təminatlar: Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir; Şirkət tərəfindən qidalanma ilə təmin edilir. Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Baş mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.