Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azersun Holding

SƏTƏM üzrə mütəxəssis (Biləsuvar, İmişli, Hacıqabul)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Azərsun Kənd Təsərrüfatı Məhsulları MMC (Biləsuvar), Qida Agro MMC (İmişli), Kürdəmir Süd Emalı Zavodu MMC (Hacıqabul) müəssisələrimiz üçün SƏTƏM üzrə mütəxəssislər axtarılır Vəzifəyə tələblər: Əlaqədar sahə üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; SƏTƏM üzrə müvafiq sertifikatların olması; MS Office proqramlarında işləmək bacarığı; Normativ sənədlərlə işləmək bacarığı; Analitik və məntiqi düşünmə qabiliyyəti; Məlumat toplama, təhlil etmə, hesabat hazırlama və problemləri müstəqil həll etmə bacarığı; Komandada işləmək bacarığı; İş prosesində yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı. Vəzifə öhdəlikləri: İş yerlərində əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək; İş yerlərində əmək şəraitinin, sanitariya vəziyyətinin, bina, qurğu və avadanlıqların texniki təhlükəsizlik baxımından vəziyyətinin yoxlanılmasında iştirak etmək; İstehsalat proseslərinin və avadanlıqların təhlükəsiz təşkilinə və istismarına nəzarət etmək; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının pozulması hallarını müəyyən etmək, onların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsini təmin etmək; İşə yeni qəbul olunan əməkdaşlara giriş təlimatı keçmək və müvafiq təlimat proqramlarını hazırlamaq; Əməyin mühafizəsi üzrə təlimatların və peşə təlimatlarının hazırlanmasında iştirak etmək; İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin artırılması və zəruri maarifləndirmə tədbirlərinin təşkilini təmin etmək; İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, onların səbəblərini təhlil etmək və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər hazırlamaq; Bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə qeydiyyat, uçot və hesabatları aparmaq; Əməyin mühafizəsi üzrə texniki sənədlərin, əmrlərin, qərarların və digər sənədlərin hazırlanmasını və müvafiq qaydada aparılmasına nəzarəti həyata keçirmək; Yanğın təhlükəsizliyi avadanlıqlarının texniki vəziyyətinə və xidmətinin təşkilinə nəzarət etmək; İşçilərin həyat və sağlamlığı üçün təhlükə yaradan hallarda işlərin dayandırılması ilə bağlı zəruri tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq; Əməyin mühafizəsi, təhlükəsizlik qaydaları və normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət etmək. İş vaxtının norması: 5 günlük iş rejimi. İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə. Nahar şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM Üzrə mütəxəssis (İmişli), SƏTƏM Üzrə mütəxəssis (Hacıqabul) və ya SƏTƏM Üzrə mütəxəssis (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.