Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Zəhmət Ruzi MMC (SAB)

Korporativ Satış Meneceri (Dövlət Qurumları üzrə)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifənin məqsədi Dövlət qurumları və iri institusional müştərilərlə uzunmüddətli biznes münasibətlərinin qurulması, şirkətin məhsullarının bu seqmentdə satışının inkişaf etdirilməsi və müştərilərin xüsusi tələblərinə uyğun məhsulların hazırlanmasının koordinasiyası. Əsas vəzifə və öhdəliklər: Dövlət qurumları, dövlət müəssisələri və iri institusional müştərilərlə yeni biznes əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi; Müştərilərin satınalma ehtiyaclarını, istifadə etdikləri məhsulları, qiymət səviyyəsini və texniki tələblərini araşdırmaq və satış imkanlarını müəyyən etmək; Müştərilərlə yüksək səviyyəli və uzunmüddətli işgüzar münasibətlər qurmaq; Müştərilərin xüsusi tələblərini — məhsul ölçüsü, dadı, resepti, keyfiyyət göstəriciləri, qablaşdırması və digər spesifik xüsusiyyətləri — dəqiq müəyyənləşdirmək; Müştəri tələblərinə uyğun yeni məhsulların hazırlanması və mövcud məhsulların adaptasiyası prosesini İstehsalat, Keyfiyyət, R&D və digər aidiyyəti komandalarla koordinasiya etmək; Yeni məhsullar üzrə nümunələrin hazırlanması, degustasiya, sınaq və müştəri təsdiqi proseslərini idarə etmək; Dövlət satınalmaları, tenderlər və digər korporativ satınalma mexanizmləri üzrə prosesləri izləmək və şirkətin iştirakını təşkil etmək; Satış planlarının hazırlanması, kommersiya təkliflərinin təqdim edilməsi və müqavilələrin bağlanması prosesini idarə etmək; Bazar, rəqiblər və dövlət qurumlarının satınalma ehtiyacları barədə mütəmadi məlumat toplamaq və rəhbərliyə təqdim etmək; Satış nəticələrinə və müştəri portfelinin inkişafına görə məsuliyyət daşımaq. Namizədə tələblər: Korporativ satış, xüsusilə dövlət qurumları və ya iri institusional müştərilərlə satış sahəsində minimum 5 il təcrübə; Dövlət qurumlarında qərarverici şəxslərlə effektiv kommunikasiya və yüksək səviyyəli işgüzar əlaqələr qurmaq bacarığı; Dövlət satınalmaları və tender prosesləri barədə praktiki anlayış; FMCG, qida sənayesi və ya məhsul inkişafı ilə əlaqəli satış təcrübəsi üstünlükdür; Müştəri ehtiyacını düzgün müəyyənləşdirmək və həmin ehtiyacı istehsalat komandasına aydın texniki tələblərə çevirmək bacarığı; Güclü danışıqlar, təqdimat və əlaqələrin idarə edilməsi bacarığı; Nəticəyönümlülük, yüksək kommunikasiya və problem həll etmə bacarığı. Rus və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı arzu olunandır. Əsas KPI-lar: Dövlət və institusional müştərilərdən əldə edilən satış həcmi və gəlir; Yeni müştərilərin və müqavilələrin sayı; Müştəri ehtiyaclarına uyğun hazırlanmış və satışa çıxarılan yeni məhsullar; Tender və satınalma proseslərində əldə olunan nəticələr; Müştəri münasibətlərinin və satış portfelinin davamlı inkişafı. Təklif etdiyimiz: Könüllü Tibbi sığorta paketi; Nahar təminatı; Korporativ nömrə; Yanacaq xərci; Əmək haqqı: 2500 AZN və KPİ əsaslı yüksək bonus sistemi. İş şəraiti İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan CV-lərinizi “Korporativ Satış Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.