Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Sofcon Group

Junior Procurement Specialist

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Sofcon Group olaraq Satınalma komandamızı genişləndiririk. Bu istiqamətdə inkişaf etmək və peşəkar təcrübə qazanmaq istəyən namizədləri Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməyə dəvət edirik. Vəzifə öhdəlikləri: Satınalma sifarişlərinin qəbulu və icrasında iştirak etmək; Potensial təchizatçıların araşdırılması və uyğun təkliflərin toplanmasını həyata keçirmək; Qiymət təkliflərini müqayisə etmək və müvafiq hesabatları hazırlamaq; Təchizatçılarla yazılı və şifahi danışıqlar aparmaq; Satınalma sənədlərinin hazırlanması və sistemləşdirilməsində iştirak etmək; Sifarişlərin icra vəziyyətini izləmək və aidiyyəti şəxslərə məlumat vermək; Texniki heyət və digər struktur bölmələrlə koordinasiyalı şəkildə çalışmaq. Namizədə tələblər: Yaş: 21–30; Qadın və bəy namizədlər; Mühəndislik və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; Satınalma və ya əlaqəli sahədə 1 ilədək iş təcrübəsi arzuolunandır; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; İngilis dili – C1 səviyyəsində sərbəst danışıq bacarığı (mütləqdir); Rus dili – əla səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Texniki heyətlə effektiv ünsiyyət qurmaq bacarığı; Operativlik, dəqiqlik və yüksək məsuliyyət hissi; Komandada işləmək bacarığı; Satınalma sahəsində inkişaf etməyə və öyrənməyə yüksək motivasiya. ​​​​​​​İş şəraiti: İş yeri: Caspian Plaza, Sofcon Group; İş qrafiki: 5 günlük qrafik; İş saatları: 09:00–18:00; Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.