Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı, Azərbaycan
İş qrafiki: Tam iş günü (Bazar ertəsi – Şənbə)
İş təcrübəsi: Minimum 2–3 il müvafiq sahə üzrə təcrübə
Əmək haqqı: 1500-2000 AZN
İş haqqında
Webuild MMC olaraq, fit-out sahəsində təcrübəli, məsuliyyətli və detallara diqqətli Fit-out (İncə işlər) Sahə Mühəndisi axtarırıq. Namizəd tikinti və interyer işlərində peşəkar biliklərə malik olmalı, sahə işlərinin icrasını effektiv şəkildə idarə etməli və komanda ilə sıx əməkdaşlıq etməlidir. Əsas məqsəd layihələrin vaxtında, keyfiyyət standartlarına və texniki tələblərə uyğun şəkildə tamamlanmasını təmin etməkdir.
Vəzifə öhdəlikləri
Fit-out işlərinin (alçıpan, boya,sabit mebel, döşəmə, asma tavan və s.) sahədə icrasına nəzarət etmək
İş qrafikinə və texniki tələblərə uyğunluğun təmin edilməsi
Usta və fəhlə briqadalarının işinin təşkili və idarə olunması
Görülən işlərin həcmini hesablayaraq materialların istifadəsinə və iş prosesinə nəzarət etmək
Layihə çertyojları, shop drawing və texniki sənədlərlə işləmək, yerinə yetirilmiş işlər üzrə Forma 2 (F2) sənədlərinin hazırlanması və təqdim olunması
Təhlükəsizlik (HSE) və keyfiyyət standartlarına əməl olunmasına nəzarət etmək
Tələblər
İnşaat mühəndisliyi və ya memarlıq sahəsi üzrə ali təhsil
Fit-out və ya interyer tikinti layihələrində minimum 2–3 il iş təcrübəsi (mütləqdir)
Sahə işlərinin planlaşdırılması və operativ idarəetmə bacarığı
Layihə çertyojları və texniki sənədlərlə sərbəst işləmək bacarığı
İşlərin keyfiyyət, zaman və texniki tələblərə uyğun icrasına nəzarət təcrübəsi
Güclü təşkilatçılıq və komanda idarəetmə bacarığı
Problemlərin operativ həlli və qərarvermə qabiliyyəti
MS Office və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı, Revit proqram biliklərinin olması üstünlük hesab olunur
Əmək təhlükəsizliyi (HSE) qaydaları üzrə biliklər
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Fit-out Sahə Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
