Vakansiya haqqında
Supertoys komandamıza Marketinq üzrə Mütəxəssis axtarırıq!
Əgər marketinq sahəsində inkişaf etmək, kreativ layihələrdə iştirak etmək və real biznes nəticələrinə təsir edən kampaniyalar üzərində işləmək istəyirsinizsə, sizi komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri
Aylıq kontent və post planların hazırlanması və icrası
Sosial media və digər kommunikasiya kanalları üçün kontentlərin hazırlanması və paylaşılması
Kommunikasiya kanalları üçün mətnlərin yazılması
Çəkilişlərin koordinasiya olunması
Müştəri davranışlarını və trendləri araşdırmaq
Yeni marketinq ideyaları və layihələri təklif etmək
Marketinq kampaniyalarının planlaşdırılması və icrasında iştirak
Həyata keçirilən marketinq fəaliyyətlərinin koordinasiyasında iştirak etmək
Reklam və promo materialların hazırlanması prosesinin idarə olunması
Hesabatların hazırlanması
Digər şöbələrlə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
Ali təhsil
Marketinq sahəsində 1–2 il iş təcrübəsi
MS Office proqramlarında yaxşı işləmək bacarığı
Analitik düşüncə və məlumatlarla işləmə bacarığı
Kreativ yanaşma və yeni ideyalar yaratmaq bacarığı
Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
Rus və ya ingilis dili biliyi üstünlükdür
Retail sahəsində təcrübə üstünlükdür
Biz nə təklif edirik?
Stabil və inkişaf edən şirkətdə iş
Əmək müqaviləsi
Əməkhaqqı – 800 AZN
Peşəkar inkişaf və karyera imkanları
Kreativ və dinamik iş mühiti
Böyük marketinq komandasında işləmək imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
