Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

METAK

Planlama üzrə təcrübəçi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İşin təsviri Satış proqnozları, istehsal planları və əvvəlki dövrlərə aid məlumatların analizində iştirak etmək və məlumatların dövri olaraq yenilənməsinə dəstək vermək; Hazır məhsul, xammal və material qalıqlarının yetərliliyinin davamlı izlənilməsinə dəstək olmaq; İstehsal prosesini gündəlik izləmək və müəyyən edilmiş planların icrasına nəzarətdə iştirak etmək; Məhsulların reseptləri və avadanlıqların istehsal gücləri ilə bağlı məlumatları analiz etmək və məlumatların düzgün istifadəsinə dəstək vermək; ERP proqramında istehsal proseslərinə aid məlumatların düzgünlüyünü yoxlamaq və yenilənmələrin vaxtında həyata keçirilməsində iştirak etmək; ERP sistemində məlumatların daxil edilməsi və yenilənməsini həyata keçirmək; Planlama prosesinin həyata keçirilməsi üçün tələb olunan sənəd və məlumatların düzgünlüyünü və etibarlılığını yoxlamaq; Tələb olunan əlavə əməliyyatları yerinə yetirmək və aidiyyəti əməkdaşlara texniki dəstək göstərmək. Tələblər Ali təhsil (Sənaye Mühəndisliyi); MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yaxşı səviyyədə bilmək; Riyazi və analitik düşünmə bacarığı; Analitik hesabatların hazırlanmasına maraq və bacarıq; İstehsalat prosesləri haqqında ümumi anlayış; Mal-material dövriyyəsi haqqında ümumi anlayış; Vaxtın idarə edilməsi və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı; Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq; Komandada işləmək və effektiv ünsiyyət bacarığı; Yeni bilik və bacarıqları öyrənməyə həvəsli olmaq. İş şərtləri Karyera və peşəkar inkişaf üçün əla imkanlar; Rəqabətli əmək haqqı və illik bonus; Əmək haqqı razılıq əsasında təyin olunur; Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması; Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.