Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Qarant Kredit

Əməliyyatçı-xəzinədar

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Qarant Kredit Lombard” MMC təşkilatı “Gəncə filialı” üçün “Əməliyyatçı-xəzinədar” vakansiyası elan edir. Tələblər: Ali təhsil; Azərbaycan dilində səlist danışıq qabiliyyəti; Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır; Mükəmməl ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı; Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları; İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti. Qeyd olunan vəzifədə minimum 1 ilə qədər iş təcrübəsi. İş barədə məlumat: Kreditin sistemə işlənməsi; Ödənişlərin sistemə daxil edilməsi; Kredit sənədlərinin düzgünlüyünə nəzarət; Müştərilərə hesablaşma-kassa xidməti göstərmək; Kassa dövriyyəsi haqqında hesabat hazırlamaq; Nağd pul və digər qiymətlilərin mədaxil-məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək; İş gününün sonunda nağd pul vəsaitlərini həmçinin qiymətliləri saymaq və hesabatını vermək; Nağd pul,qiymətlilərin və bir sıra sənədlərin qəbulu,təhvil-təslimi, saxlanması və qorunması üzrə əməliyyatları aparmaq; İş gününün sonunda gün ərzində aparılan mədaxil-məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırmaq; Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək. Əlavə məlumatlar: Əmək haqqı: 500-600 AZN İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00; İş yeri: Gəncə Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını “Gəncə filialı” üçün “Əməliyyatçı-xəzinədar" başlığı altında Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.