Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Shirin Agro

Baş mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

“Şirin Agro” MMC-ə maliyyə və mühasibat uçotunun effektiv idarə olunmasını təmin edəcək, peşəkar və məsuliyyətli Baş mühasib axtarır. Vəzifənin əsas məsuliyyətləri Şirkətin mühasibat və vergi uçotunun tam şəkildə idarə edilməsi; Mühasibat uçotu siyasətinin və daxili maliyyə prosedurlarının formalaşdırılması və təkmilləşdirilməsi; Maliyyə hesabatlarının hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi; Vergi və digər məcburi hesabatların qanunvericiliyin tələblərinə uyğun, düzgün və vaxtında təqdim edilməsinə nəzarət; Vergi öhdəliklərinin optimallaşdırılması və potensial vergi risklərinin əvvəlcədən müəyyənləşdirilməsi; Pul vəsaitlərinin hərəkəti, debitor və kreditor borcları, gəlir və xərclər üzrə effektiv nəzarət mexanizmlərinin qurulması; Bank və kassa əməliyyatlarının, e-qaimələrin, müqavilələrin və digər maliyyə sənədlərinin uçotunun təşkil edilməsi; Əməkhaqqı və əmək münasibətləri ilə bağlı maliyyə və vergi proseslərinin düzgün idarə olunması; Aylıq, rüblük və illik maliyyə nəticələrinin hazırlanması və rəhbərliyə analitik məlumatların təqdim edilməsi; Büdcə planlamasının həyata keçirilməsi, faktiki maliyyə nəticələrinin təsdiq edilmiş büdcə göstəriciləri ilə müqayisəli təhlili, kənarlaşmaların müəyyən edilməsi və onların səbəbləri üzrə rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi Qeyd - Rus və İngilis dili biliyi üstünlükdür İş şəraiti 5 günlük iş qrafiki, saat 09:00-18:00 maaş razılaşma yolu ilə Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.