Vakansiya haqqında
Orbita Academy komandamıza ABŞ və Kanadada təhsil sahəsində minimum 1 il real iş təcrübəsi olan konsultant axtarırıq.
Tələblər
Məsuliyyətli, işinə ciddi yanaşan və şirkət dəyərlərini anlayaraq düzgün təmsil edən biri olmaq;
ABŞ və Kanada universitetləri və təhsil sistemi haqqında geniş praktik bilik;
Təqaüd və maliyyə dəstəyi proqramları üzrə məlumatlılıq;
Real müraciət təcrübəsi və alınmış qəbul nəticələri;
Qəbul və sənədləşmə prosesinə bələdlik;
Güclü kommunikasiya və araşdırma bacarığı;
ABŞ və ya Kanadada təhsil almış namizədlərə üstünlük verilir.
Öhdəliklər
Tələbələrə fərdi təhsil konsultasiyası vermək;
Tələbənin profilinə uyğun universitet və proqramları müəyyənləşdirmək;
Təqaüd və maliyyə dəstəyi imkanlarını araşdırmaq;
Universitet müraciətlərini və sənədləşmə prosesini koordinasiya etmək;
Tələbələri müraciət prosesinin sonuna və qəbul nəticəsinə qədər müşayiət etmək.
Şərtlər
Bazar ertəsi – Cümə: 10:00–19:00
Şənbə: 10:00–14:00
Bazar: İstirahət günü
Maaş: 800–1500 AZN + bonus
CV-ni “ABŞ və Kanada üzrə Təhsil Konsultantı” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
