Vakansiya haqqında
Orbita Academy komandamıza Avropada təhsil sahəsində minimum 1 il real iş təcrübəsi olan konsultant axtarırıq.
Tələblər
Məsuliyyətli, işinə ciddi yanaşan və şirkət dəyərlərini anlayaraq düzgün təmsil edən biri olmaq;
Avropa ölkələri və universitetləri haqqında geniş praktik bilik;
DAAD, Stipendium Hungaricum və digər təqaüd proqramları üzrə məlumatlılıq;
Real müraciət təcrübəsi və alınmış qəbul nəticələri;
Qəbul və sənədləşmə prosesinə bələdlik;
Güclü kommunikasiya və araşdırma bacarığı;
Avropada təhsil almış namizədlərə üstünlük verilir.
Öhdəliklər
Tələbələrə fərdi təhsil konsultasiyası vermək;
Tələbənin profilinə uyğun ölkə, universitet və proqramları müəyyənləşdirmək;
Təqaüd imkanlarını araşdırmaq və müraciət prosesini idarə etmək;
Universitet müraciətlərini və sənədləşmə prosesini koordinasiya etmək;
Tələbələri müraciət prosesinin sonuna və qəbul nəticəsinə qədər müşayiət etmək.
Şərtlər
Bazar ertəsi – Cümə: 10:00–19:00
Şənbə: 10:00–14:00
Bazar: İstirahət günü
CV-ni “Avropada Təhsil üzrə Konsultant” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Nömrəyə göndərilən CV-lər nəzərə alınmayacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
