Vakansiya haqqında
Təsvir
Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək;
Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirmək;
Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək;
İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
Tikinti sahələrində işlərinin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək;
Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;
İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq;
3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək;
Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq;
Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;
Gələn Yoxlama Bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək;
Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyini izləmək;
Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil: Müvafiq mühəndislik sahəsi üzrə ;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (inşaat sahəsi üzrə);
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır;
Kompüter bilikləri: MS Office;
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
