Vakansiya haqqında
Təsvir
Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması;
Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili;
Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (Value management);
Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət;
Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value Engineering);
Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
Müqavilələrin hazırlanması prosesinə imzaya qədər nəzarət və idarə etmək;
Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
Layihələrin maliyyə axınları hesabatlarının hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların rəhbərliyə təqdim edilməsi;
Layihələrin Aralıq hesabatlarının hazırlanması (Interim Cost Reports);
Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates);
Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək;
Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə müdirinə təqdim etmək.
Tələblər
Ali təhsil: Müvafiq ixtisas üzrə ali təhsil;
İş təcrübəsi: Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 4 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili - yaxşı;
Kompyuter bilikləri: MS Ofis proqramları, AutoCad;
Komanda şəklində çalışmaq və əməkdaşlıq bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
