Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Bakı Dövlət Layihə İnstitutu

Su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Namizədə tələblər: Ali təhsil (müvafiq sahədə); Mühəndis vəzifəsində iş təcrübəsi, 1-3 il; Dil bilikləri : Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur; Kompüter bilikləri - MS Office, AutoCAD; BİM layihələrində iştirakı arzuolunandır; İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı. Vəzifə öhdəlikləri: Su və kanalizasiya sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin hazırlanması; Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirmə proqram paketindən istifadə etməsi; Layihələrin təqvim üzrə planlamasını yerinə yetirməsi; Layihə-smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınması, iradların aradan qaldırılması və müvafiq qurumlarda layihənin müdafiəsini təmin etməsi; Spesifikasiyaların və iş həcmlərinin hazırlanması; Daxili və xarici sistemlər, yanğın söndürmə sistemləri üzrə bilik və bacarıqlar. Su sərfi üzrə hesabatların aparılması. İş barədə məlumat: İş qrafiki : 09:00-18:00, həftə içi 5 gün; Əmək haqqı: 1000-1500 AZN. İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.