Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
Hidravlik qaldırma sistemi ilə həyata keçirilən çən montajı işlərində metal konstruksiya elementlərinin quraşdırılmasını həyata keçirmək;
Çənlərin yuxarıdan aşağı istiqamətdə montajı zamanı metal lövhələrin (plakaların) layihə və texniki tələblərə uyğun quraşdırılmasını təmin etmək;
Montaj ediləcək metal lövhələrin düzgün ölçüləndirilməsinə, yerləşdirilməsinə və birləşməsinə diqqət yetirmək;
Qaynaq işlərinin aparılacağı sahələrin əvvəlcədən hazırlanmasını təmin etmək;
Qaynaq tikişlərinin hazırlanması üçün metal səthlərin təmizlənməsi, uyğunlaşdırılması və digər zəruri hazırlıq işlərini həyata keçirmək;
Montaj işlərini təsdiq edilmiş cizgi, texniki sənədlər və iş ardıcıllığına uyğun yerinə yetirmək;
Hər bir montaj mərhələsinin qısa müddətdə və keyfiyyətlə tamamlanmasını təmin etmək;
Montaj mərhələsi başa çatdıqdan sonra domkrat sisteminin növbəti qaldırma əməliyyatına hazırlanmasına dəstək olmaq;
Hidravlik qaldırma sistemi ilə montaj prosesi zamanı təhlükəsizlik məsafələrinə və müəyyən edilmiş iş ardıcıllığına riayət etmək;
Quraşdırılan elementlərin dayanıqlığına və düzgün yerləşdirilməsinə nəzarət etmək;
Quraşdırma işləri zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə etmək;
İş sahəsinin səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə ciddi riayət etmək;
Rəhbər və ustanın verdiyi digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Metal konstruksiyaların, çənlərin və iriölçülü metal elementlərin quraşdırılması üzrə iş təcrübəsi;
Metal lövhələrin quraşdırılması və birləşdirilməsi üzrə praktiki bacarıq;
Çən montajı və ya domkrat sistemi ilə həyata keçirilən qaldırma və montaj işlərində təcrübə üstünlükdür;
Qaynaq işlərinə hazırlıq və metal səthlərin hazırlanması üzrə praktiki bilik;
Texniki cizgilər və montaj sxemlərini oxuma bacarığı;
Əl alətləri və montaj avadanlıqlarından təhlükəsiz istifadə bacarığı;
Hündürlükdə və sənaye sahələrində işləmək bacarığı;
SƏTƏM və əməyin mühafizəsi qaydalarını bilməli və onlara riayət etməli;
Məsuliyyətli, intizamlı və operativ olmalı;
Komanda ilə işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
