Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Chirag Plaza

Mexanika mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İşin təsviri Santexnik və mexaniki sistemlərinin (soyutma və isitmə, havalandırma, su təchizatı, kanalizasiya, qaz təchizatı və s.) layihələndirilməsi, montajı, istismarı və təmiri üzrə texniki rəhbərliyin həyata keçirilməsi; AutoCAD və digər CAD mühəndislik proqram təminatlarından istifadə etməklə mexaniki sistemlərin və məhsulların layihələndirilməsinin həyata keçirilməsi; Layihə sistemləri və əməliyyat məlumatlarının təhlil edilməsi, avadanlıq ehtiyacları və sistem tələblərinin müəyyənləşdirilməsi; Mexaniki, elektrik və santexnika (MEP), eləcə də isitmə, havalandırma və kondisionerləşdirmə (HVAC) sistemlərini əhatə edən layihələndirmə sənədlərinin, tikinti planlarının, texniki təsvirlərin və spesifikasiyaların nəzərdən keçirilməsi və uyğunluğunun təhlil edilməsi; Yeraltı kanalizasiya sistemlərinin layihəyə uyğun şəkildə montaj və quraşdırılmasının təşkili və nəzarətin təmin edilməsi; MEP (mexaniki, elektrik və santexnika) bölmələri ilə koordinasiyalı şəkildə çalışaraq layihələrin inteqrasiyasına nəzarətin həyata keçirilməsi; Normativ-texniki tələblərə uyğunluq baxımından layihə üzrə təkmilləşdirmə və düzəlişlərə dair təkliflərin hazırlanması; Tikinti sahəsində texniki nəzarətin aparılması, sınaq və qəbul işlərinin koordinasiya edilməsi; Quraşdırma zamanı texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi. Namizədə tələblər: Ali təhsil (müvafiq mühəndislik ixtisası üzrə); Tikinti sahəsində ən azı 3 il iş təcrübəsi; HVAC, su və kanalizasiya, qaz və isitmə sistemləri üzrə texniki biliklər; Layihə sənədləri və çertyojlarla işləmə bacarığı; AutoCAD proqramlarını yaxşı səviyyədə bilmək; Komandada işləmə və koordinasiya qabiliyyəti. Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Mexanika mühəndisi” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.