Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

TAİS İKF

Anbar nəzarətçisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Meyvə və tərəvəz anbarı üzrə “Anbar nəzarətçisi” axtarırıq Vəzifə öhdəlikləri: Anbara daxil olan bütün tərəvəz və meyvələrin miqdarını, keyfiyyətini və müşayiətedici sənədlərini yoxlamaq Məhsulların çeşidlənməsi, yuyulması, təmizlənməsi və qablaşdırılması proseslərinə gündəlik nəzarət etmək Məhsulların sifarişlərə uyğun, düzgün çəki ilə göndərilməsinə nəzarət etmək Bütün əməliyyatların 1C proqramı vasitəsilə düzgün idarə olunmasına nəzarət etmək Emal zamanı məhsul itkisini (tullantı faizini) izləmək və normadan artıq itkilərin səbəblərini araşdırmaq İstehsal planına uyğun olaraq gündəlik emal həcmini təşkil etmək və iş bölgüsünü aparmaq İşçilərin işə davamiyyətinə, əmək intizamına və iş bölgüsünə nəzarət etmək Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının (HACCP tələblərinin) icrasını təmin etmək Emal avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, yaranan nasazlıqlar barədə vaxtında rəhbərliyi məlumatlandırmaq Hazırlanmış məhsulların çəkisini, keyfiyyətini və qablaşdırılmasını yoxlayaraq təhvil vermək Gündəlik istehsal, tullantı və məhsuldarlıq hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək Xammalın, qablaşdırma materiallarının və digər ehtiyatların səmərəli istifadəsinə nəzarət etmək Soyuducu kameralarda saxlanma temperaturunun və məhsulların yerləşdirilmə qaydalarının müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlamaq FIFO (İlk daxil olan – ilk çıxar) prinsipinin tətbiqinə nəzarət etmək Keyfiyyətsiz və ya istifadəyə yararsız məhsullar aşkar edildikdə dərhal rəhbərliyi məlumatlandırmaq və müvafiq aktların tərtib edilməsini təmin etmək Yeni əməkdaşların iş prosesinə uyğun təlimatlandırılmasını təşkil etmək İstehsalın fasiləsiz aparılması məqsədilə Mərkəzi Anbar, Təchizat, Logistika və Mərkəzi Mətbəx ilə operativ əlaqəni təmin etmək Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək Namizədə tələblər: Anbar sahəsində minimum 3 il iş təcrübəsi (meyvə və tərəvəz sahəsində təcrübə üstünlükdür) Meyvə və tərəvəz məhsullarının saxlanma və qəbul qaydalarını bilmək Anbar uçotu və inventarlaşdırma üzrə biliklərə malik olmaq Məsuliyyətli, diqqətli və dəqiq işləmək bacarığı Analitik düşünmə və problem həll etmə bacarığı Komanda ilə işləmək və işçi heyətini koordinasiya etmək bacarığı Güclü ünsiyyət və təşkilatçılıq bacarığı Microsoft Excel və 1C proqram təminatında sərbəst işləmək, məlumatların emalı, uçotu və hesabatların hazırlanması bacarığı İş şəraiti: İş saatı: 00:00 – 08:00 İş qrafiki: 6 günlük iş rejimi Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir İş yeri: TAİS-İKF MMC Ünvan: Nərimanov rayonu Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbar nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.