Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək;
Nağdsız və nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlamaq və müvafiq struktur əməkdaşlarına təhvil verilməsini təmin etmək;
Gündəlik və həftəlik hesabatların hazırlanması.
Namizədə tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – əla, rus və ingilis dilləri – orta səviyyədə bilməli;
1C proqramında işləmək bacarığı;
Komandada işləmək bacarığı;
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
İş şəraiti:
Növbəli qrafik: 10.00-19.00 və 13.00-21.00/22.00, 6 iş günü;
Rəqabətli əmək haqqı və bonus sistemi: fiks + %;
Karyera inkişafı imkanı;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
