Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Bronio

Satış meneceri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Satış sahəsində özünü inkişaf etdirmək istəyirsən, amma təcrübən azdır? O zaman Bronio komandasında sənə uyğun imkanımız var. Bronio — bizneslər üçün müasir rezervasiya həlləri təklif edən platformadır. Biz komandamıza satış sahəsində özünü inkişaf etdirmək istəyən menecerlər axtarırıq. Səndən nə gözləyirik? Rus dilində sərbəst ünsiyyət; Azərbaycan dilində yaxşı ünsiyyət qurmaq; İnsanlarla rahat danışmaq və əlaqə yaratmaq; Verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmək; Satış təcrübəsinin olması vacib deyil. Əsas olan ünsiyyət bacarığın, öyrənmək istəyin və nəticə əldə etmək həvəsindir. İş nədən ibarətdir? Potensial biznes müştəriləri ilə əlaqə saxlamaq; Bronio haqqında məlumat vermək; Platformanın üstünlüklərini təqdim etmək; Müştərilərin suallarını cavablandırmaq; Satış prosesini öyrənmək və həyata keçirmək. Sənə nə veririk? Satış sahəsində real iş təcrübəsi; Bronio məhsulu və satış prosesi üzrə ilkin təlim; Fix əməkhaqqı + bonus sistemi; Satış nəticən artdıqca gəlirini artırmaq imkanı; Test mərhələsi İlk 2 həftə sınaq mərhələsi olacaq. Bu müddət ərzində namizədin: ünsiyyət bacarığı, öyrənmə sürəti, aktivliyi, satışa yanaşması və nəticələri qiymətləndiriləcək. Sınaq mərhələsini uğurla keçən namizədlə fix əməkhaqqı + bonus şərtləri ilə əməkdaşlıq davam etdiriləcək. Sınaq mərhələsində gündəlik xərclər şirkət tərəfindən qarşılanır. İş yeri: Bakı İş qrafiki: Tam iş günü Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Junior Satış Meneceri” qeyd etməyin kifayətdir. Təcrübən azdırsa, problem deyil. Əsas odur ki, öyrənməyə və qazanmağa həvəsin olsun.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.