Vakansiya haqqında
Təsvir
Saytdan və daxili şöbələrdən daxil olan sifarişlərlə bağlı müştərilərlə zəng vasitəsi ilə əlaqə saxlanılması, müvafiq qaydalara əsasən satışın və müraciətin tamamlanması;
Nağd və avto kredit sifarişlərin birbaşa satışını həyata keçirmək və müştərilərə düzgün xidmət göstərilməsi; Sistem üzrə satışların düzgün həyata keçirilməsi və icrasının dəqiq aparılması;
Sifariş və satış prosesi zamanı müştərinin tələbatını düzgün müəyyənləşdirərək ona uyğun məhsul və xidmət təklif edilməsi;
Müştəri məmnuniyyətini təmin etmək və onlarla səmərəli, nəzakətli ünsiyyət qurulması;
Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və müştəri məmnuniyyəti hədəflərinə çatması;
İlkin hissəvi satış şərtləri, kampaniyalar və endirimlər haqqında müştərilərin düzgün məlumatlandırılması.
İş şəraiti:
İş grafiki: Növbəli;
İş Yeri : Hibrid;
Rəqabət qabiliyyətli əmək haqqı.
Tələblər
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (Rus,İngilis üstünlükdür);
Məişət və rəqəmsal texnikası məhsullarının satışında minimum 6 ay iş təcrübəsi;
Effektiv ünsiyyət və aktiv dinləmə bacarığı, müştəri ehtiyaclarını anlama və doğru məhsulu tövsiyə etmə qabiliyyəti;
Sürətli və dəqiq işləmək, çoxsaylı sifarişləri və müştəri sorğularını idarəetmə bacarığı;
Kompüter və ofis proqramları (MS Office, Google Sheets və s.) ilə işləmə bacarığı;
Komanda daxilində işləmək və satış hədəflərinə fokuslanmaq qabiliyyəti;
Ali təhsil arzuolunandır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
