Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Baş biznes analitik

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Rəqəmsal yetkinliyin qiymətləndirilməsində iştirak edilməsi; Dövlət qurumlarının təklifləri əsasında texnoloji inkişaf meyarlarına uyğunluq dərəcəsinin qiymətləndirilməsini mümkün edən göstəricilərin və nəticələrin daxil olduğu tədbirlər planının hazırlanması; Dövlət qurumlarının rəqəmsallaşma sahəsi üzrə əsas fəaliyyət göstəricilərinin (KPİ) işlənib hazırlanması və icrasının izlənməsi; Dövlət qurumları ilə birgə rəqəmsallaşma üzrə yol xəritələrini icrasında Agentlik adından iştirak edilməsi; Agentliyin sahibi və ya operatoru olduğu Vahid Reyestrin idarə olunması, fəaliyyətinin təmini və təkmilləşdirilməsi, həmçinin Elektron Hökümət İnformasiya Sisteminin (EHİS) təkmilləşdirilməsi prosesində iştirak edilməsi; Ölkə səviyyəsində rəqəmsal layihələr üzrə konsepsiyanın hazırlanması, biznes proseslərin müəyyən edilməsi, tələblərin formalaşdırılması və təhlillərin aparılmasında iştirak edilməsi; BPMN, UML və digər metodlarla rəqəmsallaşma proseslərinin diaqramlarının hazırlanması, texniki sənədlərin tərtib edilməsi. G2G, G2B, G2C biznes modellərinin analiz edilməsi və həll yollarının verilməsi; Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak edilməsi; Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif edilməsi; Sistem dizaynı tələblərinin müəyyənləşdirilməsi, sistem dizaynında daha yaxından iştirak edilməsi; Verilənlər bazası üzrə sorğuların aparılması, dataları təhlil edilməsi və strateji qərarların qəbuluna dəstək verilməsi; Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak edilməsi; Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllərin təklif edilməsi; Sistem dizaynı tələblərini müəyyənləşdirilməsi, sistem dizaynında daha yaxından iştirak edilməsi. Tələblər Ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr); İxtisas üzrə beynəlxalq sertifikatlar (CBAP, PMI-PBA, TOGAF, IIBA və s.) ; Biznes proses analizi və rəqəmsal transformasiya sahəsində ən azı 3-5 il iş təcrübəsi; Fərqli domenlərdə iş təcrübəsi: rəqəmsal dövlət, rəqəmsal bankçılıq, fintech, e-commerce, telekommunikasiya; Layihələrin başdan sona qədər idarə olunmasında və İT həllərin tətbiqində təcrübə; BPMN, UML, ArchiMate üzrə peşəkar biliklər; API inteqrasiyası, REST, SOAP, Webhooks, ETL prinsipləri üzrə dərin anlayış; SQL, PL/SQL, NoSQL və məlumat analitikası alətləri (Power BI, Tableau) üzrə inkişaf etmiş biliklər; Sistem dizaynı və kompleks arxitekturaların hazırlanması bacarığı; BRD, FRD, SRS, Use Case və Texniki Spesifikasiyaların hazırlanması və təsdiqi bacarığı; Figma, Jira, Confluence, Miro kimi alətlərlə peşəkar səviyyədə işləmə bacarığı; Agile/Scrum, Waterfall, Kanban və hibrid metodologiyalarda bilik və tətbiq təcrübəsi; Analitik düşüncə və problem həll etmə qabiliyyəti, böyük məlumatların təhlili və biznes tələblərin çıxarılması; İstifadəçi tələblərinin toplanması, sənədləşdirilməsi və texniki komandaya tərcüməsi bacarığı; KPI və proses effektivliyi metriklərini yaratmaq və tətbiq etmək bacarığı; Güclü yazılı və şifahi ünsiyyət bacarığı; rəhbərlik və stəykholderlərlə effektiv danışıqlar aparmaq; Azərbaycan dili – sərbəst; İngilis dili – texniki sənədləşdirmə və peşəkar ünsiyyət səviyyəsində; Rus dili – arzuolunan. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.