Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Müəyyən edilmiş marşrut üzrə hərəkət etmək və təyin olunan ünvanlara vaxtında çatmaq;
Nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək və yol hərəkəti qaydalarına riayət etmək;
Avtomobilin texniki vəziyyətini gündəlik yoxlamaq, nasazlıq yarandıqda aidiyyəti üzrə məlumat vermək;
Müştərilərlə nəzakətli və peşəkar şəkildə ünsiyyət qurmaq;
Gündəlik tapşırıqlar və hesabatlar barədə rəhbərliyə məlumat təqdim etmək.
Tələblər:
Minimum 5 il sürücülük təcrübəsi;
B kateqoriyalı sürücülük vəsiqəsi;
Rus dili üzrə orta səviyyədə bilik;
Yol hərəkəti qaydalarını yaxşı bilmək;
Təhlükəsiz sürücülük bacarıqları və yol şəraitini düzgün qiymətləndirmə qabiliyyəti;
Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq;
Güclü ünsiyyət və problem həll etmə bacarıqları;
İşə qarşı məsuliyyətli və müsbət yanaşma.
İş şəraiti
İş yeri: Babək Plaza
Ünvan: Xətai metrosu yaxınlığı
İş rejimi: Növbəli iş qrafiki
Əmək haqqı: 800 -1000 AZN
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
