Vakansiya haqqında
Clover Leaders Academy MMC — insan resurslarının idarə edilməsi sahəsində bilik və təcrübəsini paylaşaraq yeni nəsil HR mütəxəssislərinin inkişafına töhfə vermək istəyən təlimçiləri komandamıza dəvət edir.
Vəzifə öhdəlikləri:
İnsan resurslarının idarə edilməsi üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
Tədris materiallarının hazırlanması və mütəmadi yenilənməsi;
Əmək qanunvericiliyi və HR prosesləri üzrə nəzəri və praktiki biliklərin öyrədilməsi;
ƏMAS, Əmək Müqaviləsi Bildirişi, İSB, e-Taxes və digər HR alətləri üzrə praktiki təlimlərin keçirilməsi;
İşə qəbul və seçim prosesləri, vakansiyanın hazırlanması, CV-lərin qiymətləndirilməsi və müsahibə mərhələləri üzrə praktiki biliklərin öyrədilməsi;
Əmək müqavilələri, məzuniyyətlər, əmrlər, ştat və tabel üzrə kadr inzibatçılığı proseslərinin izah edilməsi;
Praktiki tapşırıqlar, real iş situasiyalarına uyğun nümunələr və case-lərin hazırlanması;
Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi;
Təlim iştirakçılarının suallarının cavablandırılması və tədris prosesində onlara dəstək göstərilməsi;
Əmək qanunvericiliyində və HR sahəsində baş verən yeniliklərin izlənilməsi və tədris materiallarında nəzərə alınması.
Namizədə tələblər:
İnsan resursları və ya əlaqəli sahə üzrə ali təhsil;
HR və kadr inzibatçılığı sahəsində praktiki iş təcrübəsi;
Əmək qanunvericiliyi və əsas HR prosesləri üzrə yaxşı bilik;
ƏMAS, İSB, e-Taxes və digər HR sistemləri ilə işləmə bacarığı;
Təlim keçmək və mürəkkəb mövzuları aydın və anlaşıqlı şəkildə izah etmək bacarığı;
Güclü kommunikasiya və təqdimat bacarıqları;
Məsuliyyətli və sistemli iş prinsipi;
Komandada işləmək bacarığı;
MS Office proqramları, xüsusilə Word və Excel üzrə yaxşı bilik;
HR üzrə təlimçi kimi əvvəlki iş təcrübəsinin olması üstünlükdür.
İş qrafiki: Razılaşma əsasında
Əməkhaqqı: Faiz sistemi əsasında müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı e-mailin mövzu hissəsində “HR təlimçi” qeyd olunması xahiş olunur.
Əlaqə nömrəsi: 051 932 75 25
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
