Vakansiya haqqında
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
Filiallarda və baş ofisdə daxili audit yoxlamalarının aparılmasında iştirak etmək;
Kredit əməliyyatlarının, sənədlərin və daxili prosedurların auditini həyata keçirmək;
Aşkar edilmiş uyğunsuzluqlar üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Daxili nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Audit planına uyğun ezamiyyətlərdə iştirak etmək;
Qanunvericiliyin və şirkətdaxili qaydaların icrasına nəzarət etmək.
Namizədə tələblər:
Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;
Audit, daxili nəzarət, maliyyə və ya bank sektorunda minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarından, xüsusilə Excel-dən yaxşı istifadə bacarığı;
Analitik düşünmə, diqqətlilik və yüksək məsuliyyət hissi;
Ezamiyyətlərə hazır olmaq;
Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
Şirkət təklif edir:
800–1000 AZN başlanğıc əməkhaqqı (namizədin bilik və təcrübəsinə uyğun müəyyən edilir);
Korporativ və dinamik iş mühiti.
Maraqlanan namizədlər CV-lərini "Audit üzrə mütəxəssis" başlığı ilə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
