Vakansiya haqqında
İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimizə Mal-Material üzrə Mühasib vəzifəsinə təcrübəli və məsuliyyətli əməkdaş axtarılır.
Əsas vəzifələr:
Mal-materialların mədaxil və məxaric əməliyyatlarının uçotunu aparmaq;
Anbara daxil olan və anbardan çıxan materialların sənədləşdirilməsinə nəzarət etmək;
Mal-material qalıqlarının sistem üzrə uçotunu aparmaq və mütəmadi yoxlamaq;
Anbar və mühasibatlıq məlumatlarının üzləşdirilməsini həyata keçirmək;
Materialların inventarizasiyasında iştirak etmək;
İlkin mühasibat sənədlərini hazırlamaq və düzgünlüyünü yoxlamaq;
Təchizat və anbar şöbələri ilə koordinasiyalı işləmək;
Rəhbərliyə tələb olunan hesabatları hazırlamaq.
Namizədə tələblər:
Müvafiq sahədə 1 ildən 2 ilə qədər iş təcrübəsi;
Mal-material və anbar uçotu üzrə anlayış;
Mikro proqramında işləmə bacarığı;
MS Excel biliyi;
Mühasibat uçotunun əsaslarını bilməsi;
Sənədlərlə işləmə və hesabat hazırlama bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Komanda ilə işləmək bacarığı.
İş şəraiti
Əmək haqqı: 800–1000 AZN (Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.)
İş qrafiki: Tam iş günü
Nahar və servis şirkət tərəfindən təmin olunur.
İş yeri: Suraxanı rayonu.Binə qəsəbəsi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər.
CV göndərərkən mövzu hissəsində “Mal-Material üzrə Mühasib” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
