Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
Xarici əczaçılıq şirkətləri, istehsalçılar və distribütorlar üzrə potensial tərəfdaşları müəyyənləşdirmək və yeni biznes əlaqələri qurmaq;
Yeni ölkələr və potensial müştəri qrupları üzrə biznes imkanlarını araşdırmaq, uyğun tərəfdaşları müəyyən etmək və əlaqələrin inkişafını davamlı izləmək;
Potensial müştərilərlə ilk təmasdan etibarən yazışma, onlayn görüş və təqdimatları idarə etmək, ehtiyaclarını düzgün müəyyənləşdirmək;
Müştərinin ehtiyacına uyğun xidmət çərçivəsini Qeydiyyat və Farmakonəzarət komandaları ilə dəqiqləşdirmək, kommersiya təklifi və qiymət hesablamalarını hazırlamaq;
Xarici tərəfdaşlarla qiymət, xidmət həcmi, müddətlər və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək, razılaşdırılmış şərtlərin icrasını kommersiya tərəfdən izləmək;
Yeni layihənin daxili komandalara düzgün ötürülməsini təmin etmək və layihə boyunca müştəri ilə kommersiya kommunikasiyasını saxlamaq;
Mövcud tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək, əlavə ölkə, məhsul və xidmət imkanlarını müəyyən etmək;
Müştəri bazasını, danışıqların və layihələrin statusunu aktual saxlamaq, rəhbərliyə qısa və aydın status məlumatları təqdim etmək;
Beynəlxalq sərgi, konfrans və B2B görüşlərində şirkəti təmsil etmək; zərurət olduqda xarici ezamiyyətlərdə iştirak etmək;
Zərurət yarandıqda kommersiya sifarişləri və logistika ilə bağlı tərəfdaşlarla koordinasiyada iştirak etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
Ali təhsil – əczaçılıq, tibb, kimya, biologiya və ya digər əlaqəli sahələr üzrə;
Biznesin inkişafı, əczaçılıq və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi;
Xarici şirkətlərlə və beynəlxalq biznes mühitində iş təcrübəsi üstünlükdür;
İngilis dilində sərbəst işgüzar yazışma və danışıqlar aparmaq bacarığı; rus dili üstünlükdür;
Güclü kommunikasiya, təqdimat və danışıqlar aparma bacarığı;
Kommersiya təklifləri və qiymət hesablamaları hazırlamaq bacarığı;
Məlumatları analiz etmək, prioritetləri müəyyənləşdirmək və bir neçə layihəni paralel izləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
Xarici ezamiyyətlərdə iştirak etmək imkanının olması;
Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli iş yanaşması.
Təklif Edilir:
Beynəlxalq əczaçılıq şirkətləri ilə birbaşa əməkdaşlıq və müxtəlif bazarlar üzrə praktiki təcrübə qazanmaq imkanı;
Peşəkar inkişafı dəstəkləyən iş mühiti, beynəlxalq sərgi, konfrans və biznes görüşlərində iştirak imkanı;
Nəticələrə əsaslanan şəffaf KPI və bonus sistemi;
Fərdi inkişaf planı çərçivəsində təlim və peşəkar inkişaf imkanları;
İş qrafiki: həftədə 5 iş günü. İş saatları: 09:00–18:00; alternativ olaraq 08:00–17:00 və ya 08:30–17:30;
Əmək haqqı namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
