Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Aqroman

Baş mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Aqroman MMC şirkətinə peşəkar, məsuliyyətli və işinə ciddi yanaşan Baş mühasib axtarılır. Əsas vəzifələr: Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili və idarə edilməsi; Maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun aparılması və nəzarətdə saxlanılması; Vergi, statistika və digər hesabatların hazırlanması və vaxtında təqdim edilməsi; Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanmasına nəzarət; ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər vergi öhdəliklərinin hesablanması; Bank və kassa əməliyyatlarının, debitor və kreditor borclarının uçotu; E-qaimələrin və digər ilkin mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət; Anbar, mal-material və əsas vəsaitlərin uçotunun aparılması; Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi; Mühasibatlıq işinin koordinasiyası və maliyyə intizamına nəzarət; Vergi və digər yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması. Namizədə tələblər: Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi; Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək; Vergi və maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə; 1C və MS Excel proqramlarında işləmək bacarığı; E-taxes, e-qaimə və digər elektron sistemlərdən istifadə bacarığı; Bank, kassa, əməkhaqqı, debitor-kreditor və anbar uçotu üzrə biliklər; Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyətlilik; Komandada işləmək və iş prosesini düzgün təşkil etmək bacarığı; Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.