Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

ACON Consulting MMC

Hüquqşünas / Lawyer

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri: Bakı şəhəri İş forması: Tam ştat Əsas vəzifələr: Şirkət qeydiyyatı, təsis sənədləri və korporativ sənədlərin hazırlanmasında iştirak etmək; Müqavilələrin, ərizələrin, məktubların, müraciətlərin və digər hüquqi sənədlərin hazırlanmasına dəstək göstərmək; Miqrasiya, müvəqqəti yaşama icazəsi, iş icazəsi və əcnəbilərlə bağlı prosedurlar üzrə sənədlərin hazırlanmasında iştirak etmək; Dövlət orqanları, notariat, banklar və digər qurumlarla iş prosesində komandanı dəstəkləmək; Müştəri sorğularının cavablandırılması üçün hüquqi araşdırmalar aparmaq; Xarici və yerli müştərilərlə yazılı və şifahi kommunikasiyada iştirak etmək; Hüquqi rəylərin, hesabatların və qısa araşdırma qeydlərinin hazırlanmasına dəstək göstərmək; Müştəri işlərinin icra müddətlərini izləmək və tapşırıqları vaxtında yerinə yetirmək; Konsaltinq layihələrində komanda üzvlərinə dəstək olmaq. ​​​​​​​Namizədə tələblər: Təcrübə: 1 il Hüquq üzrə ali təhsil; Rus dili biliyi — üstünlükdür; İngilis dili biliyi — üstünlükdür; Korporativ hüquq, miqrasiya hüququ, şirkət qeydiyyatı və ya konsaltinq sahəsinə maraq; Hüquqi araşdırma və analiz bacarığı; Hüquqi sənədlərlə dəqiq və məsuliyyətli işləmə bacarığı; Yazılı və şifahi ünsiyyət bacarığı; Microsoft Word, Excel və e-mail yazışmaları ilə işləmək bacarığı; Operativlik, intizamlılıq və komanda ilə işləmək bacarığı; Öyrənməyə və peşəkar inkişaf etməyə yüksək motivasiya;. Üstünlük veriləcək namizədlər: Korporativ hüquq və konsaltinq sahəsində ilkin iş təcrübəsi olan namizədlər; Şirkət qeydiyyatı, sənədlərin hazırlanması, miqrasiya və iş icazələri üzrə praktiki bilik və ya təcrübəsi olan şəxslər; Xarici müştərilərlə işləmək təcrübəsi olan namizədlər; Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət qura bilən şəxslər; ​​​​​​​​​​​​​​Biz nə təklif edirik? Korporativ hüquq, miqrasiya və konsaltinq sahəsində real praktiki təcrübə; Yerli və xarici müştərilərlə işləmək imkanı; Peşəkar komanda daxilində inkişaf və öyrənmə mühiti; Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı; Müxtəlif hüquqi layihələrdə iştirak etmək imkanı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Email mövzusu: Hüquqşünas / Lawyer Website: https://acon.az/ Qeyd: Əmək haqqı müsahibə zamanı müzakirə olunacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.