Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

OBA marketlər şəbəkəsi

Tikintiyə nəzarət üzrə Baş Mühəndis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Yeni obyektlərin tikintisi, mövcud obyektlərin təmiri, rekonstruksiyası və istifadəyə hazırlanması proseslərinə texniki nəzarət etmək; Tikinti işlərinin təsdiq edilmiş layihə, texniki tapşırıq, smeta, iş qrafiki, normativ tələblər və şirkətin standartlarına uyğun icrasını təmin etmək; Tikinti sahələrində mütəmadi yoxlamalar aparmaq, görülən işlərin keyfiyyətini və faktiki icra vəziyyətini qiymətləndirmək; Memarlıq, konstruksiya, elektrik, su-kanalizasiya, havalandırma, kondisioner, yanğın təhlükəsizliyi və digər mühəndis sistemləri üzrə işlərin əlaqələndirilməsini təmin etmək; Podratçı və subpodratçıların fəaliyyətinə nəzarət etmək, onların müqavilə öhdəliklərinə, iş qrafikinə və keyfiyyət tələblərinə əməl etməsini izləmək; Podratçılar tərəfindən təqdim olunan iş həcmlərini, görülmüş iş aktlarını və istifadə edilmiş materialları yoxlamaq; Layihədə nəzərdə tutulmayan əlavə işlərin zəruriliyini əsaslandırmaq, həcmini müəyyənləşdirmək və təsdiq üçün təqdim etmək; Tikinti materiallarının və avadanlıqların layihə spesifikasiyalarına, texniki standartlara və təsdiq edilmiş nümunələrə uyğunluğunu yoxlamaq; Aşkar edilmiş qüsur və uyğunsuzluqları sənədləşdirmək, düzəldici tədbirlər müəyyənləşdirmək və onların vaxtında aradan qaldırılmasına nəzarət etmək; İşlərin gecikməsi və ya büdcədən yayınma halları üzrə səbəb təhlili aparmaq və tədbirlər planı təqdim etmək;; Obyektin texniki qəbulunda iştirak etmək, yekun qüsur siyahısını hazırlamaq və qüsurların aradan qaldırılmasını izləmək; Tikinti xərclərinin optimallaşdırılması və iş keyfiyyətinin artırılması üzrə təkliflər vermək; Tikintiyə nəzarət mühəndislərinin fəaliyyətini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və nəticələri qiymətləndirmək; Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər İnşaat mühəndisliyi və ya sənaye və mülki tikinti ixtisası üzrə ali təhsil; Tikinti sahəsində minimum 5 il, texniki nəzarət üzrə minimum 3 il iş təcrübəsi; Mağaza ya digər kommersiya obyektlərinin tikinti və təmirində təcrübə; Memarlıq, konstruksiya və mühəndis sistemləri layihələrini sərbəst oxumaq və layihələrarası uyğunsuzluqları müəyyən etmək bacarığı; İş həcmi cədvəllərini, smetaları, qiymət təkliflərini və görülmüş iş aktlarını yoxlamaq bacarığı; Tikinti norma və qaydaları, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi tələbləri üzrə bilik; Tikinti qrafikini hazırlamaq, icra vəziyyətini izləmək və gecikmələr üzrə bərpa planı tələb etmək bacarığı; Qüsur aktı, gizli iş aktı, texniki baxış hesabatı və təhvil-təslim sənədlərini hazırlamaq bacarığı; Podratçıların keyfiyyət, müddət, xərc və təhlükəsizlik göstəricilərinə əsasən qiymətləndirilməsi təcrübəsi; Obyektin tikintiyə qəbulundan açılışa qədər olan prosesi müstəqil idarə etmək bacarığı; AutoCAD proqramında layihələri sərbəst oxumaq və qeydlər aparmaq bacarığı; Microsoft Excel proqramında hesabat, müqayisə və xərc təhlili aparmaq bacarığı; MS Project və ya analoji proqramlarda iş qrafiki ilə işləmək bacarığı üstünlükdür; Azərbaycan dilini sərbəst bilmək; rus və ya ingilis dili biliyi üstünlükdür; Regionlara ezamiyyətə və tikinti sahələrində işləməyə hazır olmaq; B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.